Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Azərbaycandakı feminist hərəkatı ilə bağlı yeni və diqqətçəkən iddialar ortaya çıxıb.
“Baku TV”-nin ötən gün paylaşdığı məlumatlar isə bu sahədə maliyyə mənbələrinin, əlaqələrin və şəxsi maraqların gündəmə gəlməsinə səbəb olub. Xüsusilə illərlə xarici qrantlarla dəstəklənən feminist hərəkatına bağlı bəzi şəxslərin fəaliyyətinin detallarının üzə çıxması ictimaiyyətdə geniş müzakirələrə yol açıb.
Həmin hərəkatı maliyyələşdirən və ona dəstək verən şəxslərdən biri də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədovadır. 1995-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirən xanım Məmmədova sonralar, daha dəqiq isə 1999-cu ilin dekabr ayında Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbi və “Hunt Alternatives” təşkilatının Qadınlar və İctimai Siyasət Proqramının qlobal təşəbbüsü olan “Women Waging Peace”in təsisçilərindən biri olub.
Sözügedən məsələdə oxların Pərvanə Məmmədova və rəhbərlik etdiyi “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinə tuşlanması isə normaldır. Çünki xanım Məmmədovanın adıçəkilən feminist aksiyalarına nə az, nə çox 700 min manatdan çox vəsait xərclədiyi iddia olunur.
İndi isə gələk məsələnin qəribə tərəfinə: az öncə də yazdığımız kimi, P. Məmmədova həm də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və göründüyü kimi, burada sədr müavinidir. Azərbaycan reallığında isə bəllidir ki, nazir və nazir müavinin razılığı olmadan heç kim həmin ictimai şuralarda fəaliyyət göstərə bilməz. Amma maraqlıdır ki, belə bir şəxsin illərlə xaricdən Azərbaycana pul daşıması və dövlətin də bunları bilməsi fonunda onu nazir Emin Əmrullayevə təqdim edən kimdir? Yəni Pərvanə Məmmədova cənab Əmrullayevin hansı müavininin qohum-əqrəbasıdır ki, məhz onun əli ilə bu şəxs ictimai şuraya üzv seçilməklə qalmayıb, hələ-hələ sədr müavini də keçib?
Əldə etdiyimiz məlumatlardan biri isə budur ki, xanım Məmmədova nazir müavini Həsən Həsənliyə yaxınlığı ilə bilinir. O Həsən Həsənli ki, ötən ilin 31 yanvarında elm və təhsil nazirinin müavini təyin olunub. Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışan cənab Həsənli daha sonra 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır?
Əslinə qalsa, suallarımız çoxdur. Ən əsas sualımız isə budur ki, nə üçün belə bir şəxs feminizmə açıq dəstək verməklə yoxlanılmadan İctimai Şuranın üzvü olub? Ümumiyyətlə, Qarabağ savaşı ərəfəsində ermənilərin “soyqırımı”na məruz qaldığını, blokadada olduğunu iddia edən bu kütlənin maliyyə donorluğunu edənlər hansı haqla, hansı üzlə xalqın gələcəyini formalaşdıran bir yerdə – Elm və Təhsil Nazirliyində vəzifə tuturlar? Bəs belə bir şəxsin feminist fəaliyyətləri və xarici maliyyə dəstəkləri dövlət qurumlarında yoxlanılmadan necə o bu mövqeyə gətirilib? Bu, təkcə şəxsi tanışlıq və ya qohumluq əlaqələrinin nəticəsidir, yoxsa…(yenicag.az)