Anons

Bu gün, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

Bu gün, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

Bu gün, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

26-06-2025, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA

26-06-2025, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA

26-06-2025, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26-06-2025, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb

26-06-2025, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!

25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır

25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR

25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu

25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq

25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI

25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb

25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb

25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT

25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video

25-06-2025, 09:04- Sumqayıtda bələdiyyə sədri Adil Xudadatov sahibkarlardan bu üsulla pul toplayır? -Fotofakt

24-06-2025, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video

Haqqımızda Əlaqə

Yeni direktor məktəbi telefonla idarə edir

Tarix:Bu gün, 08:40

Yeni direktor məktəbi telefonla idarə edir

Yeni direktor məktəbi telefonla idarə edir

298 nömrəli məktəbə yeni direktor təyin olunub. Daha dəqiq desək, 284 nömrəli tam orta məktəbin direktor müavini – cəmi 2,5 illik müavinlik təcrübəsi olan Günay Nəzərovaya – əsas vəzifəsi saxlanılmaqla bu məktəbin direktor səlahiyyətlərini müvəqqəti (3 aylıq) icra etmək tapşırılıb.

Bəh-bəh, etimada bax! Heç üç il direktor müavini kimi təcrübəsi olmayan… Sual olunur: niyə?

Gələn kimi islahata həyat yoldaşını kreslosuna əyləşdirərək selfi ilə başlayan və bunu hər yerdə paylaşan hörmətli direktorcuğaz deyəsən etik davranış qaydalarından bixəbərdir. Cəmi bir həftəlik təyinatla məktəbə gələn bu “çox hörmətli direktor” idarəçiliyi elə bir üslubda qurub ki, məktəb bir növ sınaq poliqonuna çevrilib. Sınaq isə… sanki idarəetmənin yox, səbrin sınağıdır.

Məktəbə qədəm qoyduğu ilk gün avtomobilini birbaşa məktəbin həyətinə sürərək yerləşdirən direktor, görünür, “mən bura sultan gəlmişəm” mesajını vermək istəyib. Bu da onun ilk “innovativ” islahatı olub.

Ardınca daha “yaradıcı” addımlar gəlib: direktor bəyan edib ki, nə olsun bu məktəbdə müəllimlərin vahid geyimi var – ürəyiniz nə istəyir, onu geyinin. Himə bənd olan müəllimlər də elə o andan idman ayaqqabısı, piknik şalvarı, dar geyimlərlə məktəbə gəlməyə başlayıb. Məktəbə ciddilik gətirmək əvəzinə, qeyri-ciddi mühit yaranıb.

İdarəçilik deyəndə bu başa düşülür?

Direktorun iş rejimi isə ayrıca bir “reformadır”. İstədiyi vaxt gəlir, istədiyi vaxt gedir. Bəs məktəb rəhbərləri səhər 08:00-dan axşam 18:00-a qədər məktəbdə olmalı deyillərmi? Bu “xüsusi statuslu” direktor xanım isə saat 11-də gəlir, saat 2-də gedir, kefi istəyir axşam saat 5-də gəlir. İşçiləri 20:00-a qədər məktəbdə saxlayır. Kef necə istəyirsə, elə də davranır.

Hələ bu günə qədər müəllimlər şəxsi işlərini belə yaza bilmirlər – çünki direktor məktəbdə tapılmır ki, qapısını açsın, bu yazıqlar da işlərini görsün. Şəffaflıq adı altında hər şey şəxsi nəzarət altındadır. Müəllimlər isə stress, gərginlik və qeyri-müəyyənlik içindədir.

Məktəb isə 284-ün filialına çevrilib. Məktəbdə tapılmayan direktor məktəbdə olanda da 284-ün dəstə-dəstə gələn müəllimləri güllər, çiçəklər, tortlar gətirib saatlarla yeyib-içirlər. Məktəb idarəetmə yeri yox, əyləncə zalına çevrilib.

Rəsmi layihəyə açıq hörmətsizlik

Təyin olduğu həftə ibtidai sinif müəllimlərini şənbə günü məktəbə toplayaraq, Təhsil Nazirliyinin STEAM layihəsini “yararsız və keyfiyyətsiz” adlandırıb. Dövlət layihəsini aşağılamaq ən azı məsuliyyətsizlikdir. Ardınca isə məktəbəhazırlıq qruplarını bağlayacağını, məktəbin 5 günlük sistemə keçəcəyini bildirib. Halbuki bu qrupların açılması proqnoza əsasən təsdiqlənmişdi. Günay xanım bir zənglə bunu bağlatdırdı. Görəsən STEAM layihəsinə də “gücü” çatacaq?

Şəxsi həyat, yoxsa audit?

İdarəetmədə isə daha qəribə yanaşma: direktor açıq şəkildə bəyan edir ki, “ərim məktəbə təftişə gələcək”. Deyilənə görə, artıq bir dəfə gəlib və direktor onunla məktəb kreslosunda selfi çəkdirərək “daxili audit”i ictimailəşdirib. Bu isə nə etik davranışdır, nə də peşəkar idarəçilik.

Əlavə edək ki, Günay Nəzərova hələ də 284 nömrəli məktəbdə direktor müavini kimi qeyd olunur. Amma nə özü ora gedir, nə də funksiyasını icra edən var. Bura təyin olunandan bir dəfə dərsə getməyən xanım maaş aldığı bir yana, bu şəxs 298-də disiplindən və keyfiyyətdən danışır. Sual olunur: əgər bu qədər “düzgün” idinsə, 284-də niyə bu disiplini yarada bilmirdin? Deyən lazımdır: Ay keyfiyyətdən danışan direktor, reytinqə get bax – 284 hələ 298-ə çata bilməyib. Gərək əvvəl bunu qapadasan , sonra “yekə-yekə” danışasan. Heç olmasa bir gör nə danışırsan.

TikTok-da yayılan dərs vaxtı çəkilmiş videoların əksəriyyəti 284 nömrəli məktəbə aiddir. Bəyənilməyən 298 isə telefona detektorla nəzarət edir. Yəni ciddi rejim vardı. Sən təyin olunandan cəmi iki dəfə dəhlizdə görünmüsən, onda da etik olmayan şəkildə qışqırdığına görə uşaqlar sənə etiraz olaraq alqış tutublar, heç kim sakitləşdirə bilməyib. “Mükəmməl” idarəçiliyinin 15 günü dərs vaxtına düşməsinə baxmayaraq, dərs zamanı 9-cu sinif şagirdi ilə dalaşıb. Gülməlidir vallah – direktor uşaqla dalaşır. Niyə təəccüblənək? Ötən tədris ili 284 nömrəli məktəbdə şagirdi söyərək məhkəməyə düşən, işi həmkarlara qədər gedib çıxan adamdır da…

***

Bəzi müəllimlər üçün xüsusi imtiyaz ayıran direktor düzgünlükdən necə danışa bilər?

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gurbanova Aytən, Günay Nəzərova gəldikdən sonra demək olar ki, məktəbə gəlmir. Hər gün icazə alır, çıxır. Dərs vaxtı bir dəstə uşağı yığaraq tədbirlərə aparır, uşaqlara isə dərsdə olmuş kimi qaib yazılmır. Hazırda isə deyilənə görə, akademiyada işə düzəlib. Amma hələ də 298-də müəllim kimi saxlanılır. İşə gəlmir, amma əməkhaqqı yazılır. Bəs bu necə olur? Bu müəllimə bu qədər şərait niyə yaradılır? Onun hansı “üstünlüyü” var? Niyə digərləri üçün bu mümkün deyil?

Bu artıq açıq-aşkar maliyyə pozuntusudur. Cəmi bir ayda təyin olunan bir direktor bu qədər hoqqa çıxarırsa, üç ayda məktəbə nə olacaq?

Maliyyə pozuntuları və təyinatda özbaşınalıq

Direktor kimə istəyir, icazə verir - özü də rəsmiləşdirmədən. İşə gəlməyən şəxslər - Mustafayeva Edilya, Rəhimova Fəqanə, Əliyeva Arzu, Qurbanova Aytən bu müəllimlərdəndir.

İşəgötürmədə isə tam özbaşınalıq: iki işçi işdən çıxma ərizəsi yazdığı halda, iyun ayının 12-si onların yerinə iki nəfər götürülüb. Hətta o qədər tələsiblər ki, əvvəlcə yenilər götürülüb, sonra köhnələrə xitam verilib. Yenilərdən biri isə – 284 nömrəli məktəbin direktoru *Xalid müəllimin həyat yoldaşı İlahə Alıhüseynovadır.* Xadimə ştatına götürülən bu xanım bəzənib gəlir, 1 saat direktorun otağında oturub gedir – bunu da iş sayırlar.

Direktor sənədləşməni düz etmədiyi üçün mühasibatlığa izahat verə bilməyib. Tək çarə – həmin işçilərə 19.06 tarixində xitam verib, sonra yenidən işə götürüb. Bu isə savadsızlıq, qanunvericiliyin ciddi pozuntusudur.

Məqsədli şəkildə dağıdılan məktəb

Bütün bu özbaşınalıqlar fonunda ortaya sual çıxır: bu direktoru kim, hansı məqsədlə bura göndərib? Günay Nəzərova özünü BŞTİ-nin sektor müdiri *Turanə Məcidlinin rəfiqəsi, 297-nin direktoru Cavid, 284-ün direktoru Xalid* ilə məsləhətləşən şəxs kimi təqdim edir.

BSQ-nin əmrini belə verməyən, əmr yazmaq nədir bilməyən, məktəbi telefonla idarə edən, məktəbdə ancaq tort yeyib şəkil çəkdirən hörmətli direktor görünür məktəbi dağıtmağa gəlib.
Yeni direktor məktəbi telefonla idarə edir
Yeni direktor məktəbi telefonla idarə edir
news365.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...