Bu gün, 19:06- ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Bu gün, 18:45- Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Bu gün, 18:10- Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bu gün, 17:28- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bu gün, 17:12- Onlar 1000 manata qədər cərimə oluna bilər
Bu gün, 16:43- “Putyovka”ları altdan-altdan satırlar-Video
Bu gün, 16:26- Daxil Kərimov yeni himayədar axtarışında?
Bu gün, 15:31- İlham Əliyev onları təltif etdi - Sərəncam
Bu gün, 15:19- Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Bu gün, 14:59- “KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
Bu gün, 14:35- Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Bu gün, 12:48- Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:16- Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
Bu gün, 11:11- Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT
Bu gün, 09:59- Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi
Bu gün, 09:11- Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
Dünən, 19:11- Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 18:49- Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Dünən, 18:29- 31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Dünən, 18:01- Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
“Top Qapı” restoranının sahibi barəsində inzibati icraata başlanıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanmışdı və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılmışdı.
Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qeyd edək ki, sözügedən restoranda yoxlama zamanı ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi ortaya çıxmışdı.(Qafqazinfo)