Dünən, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
Dünən, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Dünən, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Dünən, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!
25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır
25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR
25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu
25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq
25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI
25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb
25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb
25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT
25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video
25-06-2025, 09:04- Sumqayıtda bələdiyyə sədri Adil Xudadatov sahibkarlardan bu üsulla pul toplayır? -Fotofakt
24-06-2025, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video
24-06-2025, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
24-06-2025, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
24-06-2025, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
İqtisad Universiteti (UNEC) nəzdində Sosial-İqtisadi Kollecinin direktoru Şəhriyar Laçınov haqda iddialar səngimək bilmir. Bir müddət öncə onun öz işçisi tərəfindən məhkəməyə verildiyinə dair xəbərlər dərc etmişdik. İndi isə Laçınovun adı büdcə talamalarında hallanır.
Bu barədə Tehsilmedia.az saytına məlumat daxil olub.
Məlumata görə, Sosial-İqtisadi Kollecin direktoru kimi fəaliyyətinin bir ili tamam olmayan Şəhriyar Laçınovun ilk aydan başlayan büdcə talamalarının yaratdığı tablo ciddi narazılıq doğurur.
Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin “aparıcı ali təhsil müəsissələrinin ikili diplom proqramlarının məzunu kimi xaricdə təhsil almış”, “uğurlu əmək fəaliyyəti ilə diqqəti cəlb edən”, 33 yaşlı direktoru Şəhriyar Laçınov vəzifəyə 2024-cü ildə iyul ayında başlayıb. Artıq avqust ayı üçün özünə maaşdan əlavə mükafat olaraq 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat, digər əməkdaşların adına avqust ayı üçün mükafat kimi yazıb mənimsədiyi pulun ümumi məbləği 5 min manata (4986) çatıb.
Ancaq gənc direktor bununla da kifayətlənməyib. Büdcə pulları onun tamahını daha da artırıb. Belə ki, sentyabr ayına da 1264 manat özünə, 812 sürücüsünə qanunsuz pul yazıb. Beləcə, ümumilikdə 4326 manat mənimsəyib. Bu proses dekabra qədər davam edib.
Onun işə başlayandan dekabra qədər mənimsədiyi pulun məbləği 21890 manat təşkil edib. Əməkdaşların adlarına yazılan pullar qəpiyinə qədər nağdlaşdırılaraq direktora verilib. Görəsən, direktor hansı fəaliyyətinə görə özünə bu mükafatları yazıb? Sual maraqlıdır, ancaq təəssüf ki, cavabını aidiyyatı qurumlar hələ araşdırmaq istəmirlər. Şəhriyar Laçınov ona göstərilən etimaddan, vəzifə səlahiyyətlərindən yaralanaraq dövlətin pullarını sağa-sola xərcləməklə məşğuldur.
Ən acınacaqlı məqam odur ki, pullar ölkənin təhsil sistemində ən az maaş alan Kollecin müəllimlərinə “müəllimlər günü” münasibəti ilə ayrılan mükafatlardir. Qəribəsi odur ki, bu mükafatlar kollecin mühasibi Hicran Hüseynovanın, baş mühasibi Turab Şabanovun, sürücü Elvin Çələbiyevin, bağban Mahir İsayevin, Tədris hissə katibi Könül Həziyevanın adına rəsmiləşdirilib. Ancaq sonda təbii ki, yığılaraq direktora təqdim olunub. 2023-cü ildə, 2024-cü ilin “Müəllimlər günü” münasibətilə smetaya salınan mukafatları mənimsəyən bir ayın direktorunun parlaq "gələcəyi" olacağı gün kimi aydındır. Təəssüf ki, bu hala öz haqları əlindən alınan müəllimlər də susurlar. Ancaq ümid edirik ki, aidiyyatı qurumlar direktorun qanunsuzluqlarına göz yummayacaqlar və onun əməlləri ilə bağlı araşdırmalara başlanılacaq. Beləcə haqq-ədalət öz yerini tutacaq.