Dünən, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
Dünən, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Dünən, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Dünən, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!
25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır
25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR
25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu
25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq
25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI
25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb
25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb
25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT
25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video
25-06-2025, 09:04- Sumqayıtda bələdiyyə sədri Adil Xudadatov sahibkarlardan bu üsulla pul toplayır? -Fotofakt
24-06-2025, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video
24-06-2025, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
24-06-2025, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
24-06-2025, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
Bu günlərdə DTX-nin keçirdiyi əməliyyatla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanıldı. Artıq məhkəmə onun 4 aylıq həbsi barədə qərar verib. Sabiq başçı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Qeyd edək ki, DTX-nin əməliyyatı zamanı onunla bərabər Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov və digər şəxslər də saxlanılıb.
Həbslərdən sonra yalnız sabiq icra başçısı Musa Şəkiliyevin deyil, Eyvaz Orucovun da illərdir Qax-Zaqatala bölgəsində hökmranlıq edən Əhmədzadələrin qohumu olduqları üzə çıxdı. Belə ki, Musa Şəkiliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq rəhbəri, Baş nazirin köməkçisi Əhməd Əhmədzadə və qardaşı, Zaqatalanın hazırkı icra başçısı Mübariz Əhmədzadənin xalası oğlu, Eyvaz Orucov isə Mübariz Əhmədzadənin bacanağıdır. Yeri gəlmişkən, Eyvaz Orucov Qaxda “Kitayski Əhmədzadə” ləqəbi ilə tanınır.
Beləliklə, bir daha aydın olur ki, Qax-Zaqatala bölgəsində vəzifəyə təyinatlar heç də kadrların peşəkarlığı ilə deyil, qohumluq əlaqələri prinsipi ilə aparılırmış.
Həbslərdən sonra Musa Şəkiliyevin rayonda, ölkədə, hətta Avropada bizneslərinin olduğuna dair məlumatlar tirajlandı. İndi isə aydın olur ki, onun ən yaxın adamlarından olan Eyvaz Orucov da rayon bələdiyyəsinin sədri kimi ciddi qanun pozuntularına yol verib. Belə ki, zaman-zaman Qax və Zaqatalada meşələrin talan edilməsi ilə bağlı məsələ gündəmə gəlirdi. Son məlumatlara görə, bu məsələdə sabiq icra başçısı Eyvaz Orucovla birlikdə hərəkət edib. Onu da qeyd edək ki, Musa Şəkiliyev uzun müddət – 1981-ci ildən 2010-cu ilə qədər (təqribən 30 il) şimal zonasında meşələrə nəzarət edib. Belə ki, 1981-ci ildə Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi işə başlayan Musa Şəkiliyev 1986–1987-ci illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə isə İlisu Dövlət Qoruğunun direktoru vəzifələrində çalışıb.
1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatı İdarəsinin direktoru, 2002–2010-cu illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası İdarəsində rəis əvəzi, daha sonra Meşələrin İnkişafı Departamentində direktor müavini olub.
Meşələrə yaxşı bələd olan Musa Şəkiliyev səlahiyyətləri daha da genişlənəndən sonra meşə fondunu da öz biznesinin tərkibinə qata bilib.
“Kitayski Əhmədzadə” ləqəbli Eyvaz Orucov rayonda digər qanunsuz əməlləri ilə də tanınır. Yerli sakinlər onun adını təkcə qohumluq bağlantıları ilə deyil, həm də vətəndaşlardan alınan qanunsuz “rüsumlar”, torpaq sahələrinin bölüşdürülməsində şəffaf olmayan yanaşma ilə eyniləşdirirlər.
Onun Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun anası Səadət Məmmədovadan pay torpağı üçün 3500 manat rüşvət istədiyi də mediada böyük əks-səda doğurmuşdu.
Onu da qeyd edək ki, sabiq icra başçısı rayona 15 ildir rəhbərlik edirdisə, Eyvaz Orucovun “stajı” daha çox idi. Belə ki, o, 2005-ci ildən etibarən hər dəfə Qax Bələdiyyəsinə sədr “seçilirdi”. Əldə etdiyimiz məlumatlara görə, 20 illik vəzifə səlahiyyəti dövründə bələdiyyə sədrinin əmlak və torpaq vergisi, mərasim (xeyr-şər) çadırlarının icarəyə verilməsi, dəfn xidmətləri və sahibkarlıq subyektlərindən, eləcə də səyyar ticarətdən daxil olan ödənişlərin bir qismini mənimsəyib. Onun habelə bələdiyyəyə məxsus torpaq sahələrinin satışı və icarəsindən də xeyli qazanc əldə etdiyi bildirilir.
Yeri gəlmişkən, Qaxın sabiq başçısı və bələdiyyə sədrini himayə edən Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə də 16 ildir icra başçısı vəzifəsində çalışır. 2009-cu ilə qədər isə Mübariz Əhmədov Qax rayon İcra Hakimiyyətinin başçısı idi.
Ancaq son vaxtlar baş verənlər göstərir ki, Əhmədzadələr yavaş-yavaş toxunulmazlığını itirir. Əhməd Əhmədzadə faktiki olaraq, simvolik vəzifə daşıyır. Onun qudası Elman Rüstəmov da çoxdan Azərbaycan Mərkəzi Bankının rəhbərliyindən uzaqlaşdırılıb. Hazırda isə Əhmədzadələrin qohum-əqrəbasının çətin günləri başlayıb. Və bu dalğanın Mübariz Əhmədzadəyə çatması da zaman məsələsidir. BakuPost