Anons

Dünən, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA

Dünən, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA

Dünən, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Dünən, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb

Dünən, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!

25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır

25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR

25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu

25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq

25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI

25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb

25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb

25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT

25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video

25-06-2025, 09:04- Sumqayıtda bələdiyyə sədri Adil Xudadatov sahibkarlardan bu üsulla pul toplayır? -Fotofakt

24-06-2025, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video

24-06-2025, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir

24-06-2025, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA

24-06-2025, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Haqqımızda Əlaqə

“Kontakt Home” müştəriləri belə aldadır

Tarix:25-06-2025, 12:22

“Kontakt Home” müştəriləri belə aldadır “Kontakt Home” mağazalar şəbəkəsinin daha bir müştərisi aldadıldığını iddia edir. Günel Mustafayeva adlı vətəndaş Feysbukda başına gələn hadisəni ictimailəşdirib.

Şikayətçinin sözlərinə görə, 7 iyul 2024-cü ildə “Kontakt Home”un Dəniz Mall filialından Lenovo Ideapad 3 model noutbuk alıb. Satışdan sonra ona cihazın FreeDOS – yəni əməliyyat sistemi olmayan vəziyyətdə olduğu bildirilib. Əməkdaşlar yalnız onların yazdığı Windows-un “rəsmi və təhlükəsiz” olduğunu qeyd ediblər. Bu səbəbdən Günel Mustafayeva əlavə olaraq 319.99 manat ödəyərək Windows 11 Home sisteminin yüklənməsinə razılıq verib.

Lakin yaxın zamanda noutbuka texniki baxış keçirən müştəri, sistemin əvvəldən zavoddan Windows 11 Home OEM lisenziyası ilə aktivləşdirildiyini aşkarlayıb. Kompüterdəki lisenziyanın “activated with a digital license” statusunda olması və Product ID-nin “AAOEM” ilə bitməsi sistemin artıq qurulmuş və rəsmi Windows ilə gəldiyini sübut edir.

“Sadəcə sistemi silib, yenidən yazaraq mənə təkrar satıblar. Mən bu texniki detalları bilmədiyim üçün onların dediyinə inandım. İndi isə məsuliyyəti üzərimə atıb deyirlər ki, razılıq verdiniz, artıq keçib, pul qaytarılmır”, – deyə şikayətçi bildirib.

Günel Mustafayeva bildirir ki, əgər doğrudan da kompüter FreeDOS olubsa və ona yeni Windows Retail açarı yüklənibsə, bunu rəsmi sənədlə sübut etməyə hazırdır. Lakin əks halda, artıq olan sistemə görə vətəndaşdan bir daha ödəniş alınması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xalqскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...