Dünən, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
Dünən, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Dünən, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Dünən, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!
25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır
25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR
25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu
25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq
25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI
25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb
25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb
25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT
25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video
25-06-2025, 09:04- Sumqayıtda bələdiyyə sədri Adil Xudadatov sahibkarlardan bu üsulla pul toplayır? -Fotofakt
24-06-2025, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video
24-06-2025, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir
24-06-2025, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA
24-06-2025, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
TEREF Mingəçevir-Xaldan marşurtunda işləyən sürücünün şikayətini təqdim edir:
Azərbaycan Prezidenti Adminstrasiyasının rəhbəri cənab Samir Nuruyevə
Mingəçevir –Xaldan marşurtunda işləmiş aşağıdakı şəxslər tərəfindən
Ə R İ Z Ə
Hörmətli Samir müəllim, yazıb sizə bildirik ki, biz aşağıda imza edənlər- 1986-cı ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Məmmədov Cahil Rəcəb oğlu, 1986-cı ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Məmmədov İlham Salman oğlu,2002-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Kərimov Mail Paşa oğlu, 2010-cu ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Paşayev Mahir Kamal oğlu, 2012-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən Abbasov Rasim Vidadi oğlu,2018-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən 1-ci Qarabağ savaşının qazisi Əhmədov Hümbət Əhməd oğlu, 2020-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən İbrahimov Qədim Qoçu oğlu, 2021-ci ildən Mingəçevir-Xaldan marşurtunda işləyən İmanov Razi Elxan oğlu həm mənəvi, həm də hüquqi baxımdan haqsızlıqla üzləşmişik. Bunun səbəbkarlarından ən birincisi icra başçısı İlham İsmayılovdur. Ona görə ki, icra başçısı guya şəhərin bazar ətrafında səliqə-səhman yaratmaq, şəhərin ekoloji təmizliyini qorumaq, sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədi ilə müvafiq qurumlar qarşısında məsələ qaldırıb.