Anons

Dünən, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA

Dünən, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA

Dünən, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Dünən, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb

Dünən, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!

25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır

25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR

25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu

25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq

25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI

25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb

25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb

25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT

25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video

25-06-2025, 09:04- Sumqayıtda bələdiyyə sədri Adil Xudadatov sahibkarlardan bu üsulla pul toplayır? -Fotofakt

24-06-2025, 20:06- Biləcəridə piyada səkisi zəbt olundu…. İcra başçıs isə…..-Video

24-06-2025, 19:15- Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir

24-06-2025, 16:54- Mingəcevirin İcra başçısı himayə etdiyi "Seyid"-in xətrinə 8 sürücünü işsiz qoydu - İDDİA

24-06-2025, 16:24- “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Haqqımızda Əlaqə

Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma

Tarix:24-06-2025, 11:49

Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 25.04.2025-ci il tarixində “Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzi (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) (Baş plan və Sahədaxili kommunikasiyalar)” işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderdə “Region Mühəndislik” MMC qalib elan olunmuş və həmin şirkətlə 4 204 814,71 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 20.06.2025-ci il tarixində başlayır və 25.06.2025-ci il tarixində gün sonu bitir. Məlumat satınalmaların portalında 19.06.2025-ci ildə dərc edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə “Region Mühəndislik” MMC arasında bağlanan ilk müqavilə deyil. Meşələrin İnkişafı Xidməti ötən il “Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzi (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) (İstinad divarları – dəyişiklik edilmiş layihə)” üzrə işlərin satın alınması üzrə “Region Mühəndislik” MMC ilə 388.258,48 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin işbirliyində olduğu “Region Mühəndislik” MMC-nin fəaliyyət sferası və sahibi barədə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “REGİON MÜHƏNDİSLİK” (VÖEN: 1904560421) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.11.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, HÖVSAN ŞTQ, E.MƏMMƏDOV, ev.4, m.13, qanuni təmsilçisi kimi isə Rəhimov Hafiz Rəhim oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Sabir Abbasəli oğlu olub. MMC-nin hazırkı günə 13 045.77 manat vergi borcu var.

Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumatlara görə “Region Mühəndislik” MMC barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb. Sözügedən maddəyə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “Region Mühəndislik” MMC son illər “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş bir neçə açıq tenderin də qalibi olub.

Ağdam rayonunda mobil bazanın salınması işlərinin satın alınması üzrə 1.556.360,96 manat məbləğində satınalma müqaviləsi 01.08.2023-cü ildə bağlanılıb.

Mövcud bazalar üçün inventar və avadanlıqlarla təchiz edilmiş konteynerlərin alınması və quraşdırılması işlərinin satın alınması üzrə 133.247,72 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü ildə bağlanılıb.
Qubadlı və Laçın rayonlarında mobil bazaların salınması işlərinin satın alınması üzrə 3.925.473,79 manat məbləğində satınalma müqaviləsi 02.06.2023-cü ildə bağlanılıb.
Açıq mənbələrdə yayılan bu məlumatlrdan da görsəndiyi kimi “Region Mühəndislik” MMC 2023-cü ilin 3 ayı ərzində yalnız Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə ümumi dəyəri 5 615 080 manat olan üç satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr konteynerlərin alınması, mobil bazaların salınması işləri üzrə bağlanılıb. Çox güman ki, “Region Mühəndislik” MMC barəsində sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu məhz bu işlərə görə tərtib olunub. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti zəmanət verə bilərmi ki, “Region Mühəndislik” MMC Cəbrayıl rayonunun inzibati ərazisində görülən işlərdə işçiləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışdırır?
Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdu. O, bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.
Aktualinfo.orgскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...