Anons

Bu gün, 13:09- Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -Araşdırma

Bu gün, 12:23- Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Bu gün, 11:46- "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

Bu gün, 10:45- Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO

Bu gün, 10:14- “İzmir” restoranı rəhbərliyi qanunları heçə sayır: Sakinlər şikayətçidir-Video

Bu gün, 09:39- “Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma

12-07-2025, 16:49- Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

12-07-2025, 15:14- Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

12-07-2025, 14:44- Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12-07-2025, 13:24- Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

12-07-2025, 12:14- ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb

12-07-2025, 10:35- Xüsusi.tv saytı fəaliyyətə başladı

12-07-2025, 10:33- Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO

12-07-2025, 09:31- “Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR

11-07-2025, 18:40- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu

11-07-2025, 12:16- Yusif Yusibovun əməlləri ifşa olunur

11-07-2025, 11:47- Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

11-07-2025, 11:23- BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

11-07-2025, 10:43- Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

11-07-2025, 09:10- Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……

Haqqımızda Əlaqə

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Tarix:24-06-2025, 11:10

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir? Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar.
Sözügedən tikinti ilə bağlı mediada dəfələrlə məsələ qaldırılıb və bildirilib ki, qonşuluqda yaşayan vətəndaşlar müvafiq dövlət qurumlarına müraciət edib. Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur. Bununla bağlı cumhuriyyet.az olaraq qeyd edək ki, sözügedən binanın sahibi, iş adamı Hünər Hadızadəyə həmin ərazidə 2021-ci ildə 3 mərtəbə və mansard qatından ibarət yaşayış sahəsi tikməyə icazə verilib. Lakin müəmmalı səbəblərdən iş adamı həmin ərazidə 7 mərtəbə və mansarddan ibarət yaşayış binası tikib. 2021-ci ilin iyul ayının 23-də müvafiq qurumlar tərəfindən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova tikinti işlərinin dayandırılması üçün müraciət edilib. Elə həmin il Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyi əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilib, pozuntular sənədləşdirilib. Agentliyin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə həmin ərazidə tikinti işlərinin dayandırılması qərara alınıb. Cəbrayıl Xanlarovun əmri ilə iş adamı Hünər Hadızadə İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə 23 sentyabr 2021-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilib. Həmin obyekt möhürlənib. Amma naməlum səbəblərdən, Hünər Hadızadə tikinti işlərini davam etdirib və heç bir vəzifəli şəxsin “gözünə görünməyən” 7 mərtəbəli binanın tikintisinə tam nail olub. Nəticədə, üç mərtəbə üçün icazə sənədi olan ərazidə 7 mərtəbəli yaşayış binası tikib.
Müəmmalı səbəblərdən Cənub Regional Tikinti Müfəttişliyi rəisi olmuş Rövşən həmin vəzifəsində işləyərkən Lənkəran şəhəri, Füzuli küçəsi, ev 7 ünvanında tikinti qanunvericiliyi kobud surətdə pozulmaqla tikinti-quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar bir qrup vəzifəli şəxslə əlbir olaraq qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratması məlum olub. 2024-cü ilin avqust ayında Cənub Regional Tikinti Müfəttişliyi rəisi Rövşən vəzifəsindən kənarlaşdırılaraq barəsində cinayət işi açılıb. Qeyd edək ki, hadisə ilə bağlı iş adamı Hünər Hadızadə də həbs edilib. Amma bir müddət sinra H.Hadizadə hansısa sehirli gücün köməyi ilə azadlığa çıxıb və bu da azmış kimi, hazırda FHN tərəfindən tikintisi dayandırılan, prokurorluq tərəfindən möhürlənmiş binada tikinti işlərini davam etdirir.

Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən müddət ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir! Tikinti məcəlləsində, bina tikintisi üçün təstiq edilmiş bütün maddələr konud şəkildə pozulmuşdur! Beləki, tikinti üçün ayrilmış Lənkəran şəhər Füzuli küçəsi 7 ünvanında Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çırkab suları axıtmaqa və kanalizaçiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdu. Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir!
Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?
Cumhuriyyet.az olaraq onu da bildirək ki, Lənkəranın sabiq baş memarı Elgün Abdullayev Füzuli küçəsi, ev 7 ünvanındakı həmin qanunsuz binanın tikintisində özünü günahkar görməyib. O, məhkəmədəki çıxışında sözügedən binanın tikintisində günahkar kimi daha böyük vəzifəli şəxslərin adlarını çəkib. Amma həmin şəxslər hələ də azadlıqda və vəzifə başındadır.

Cumhuriyyet.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...