Anons

Bu gün, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Bu gün, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Bu gün, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Bu gün, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Bu gün, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Bu gün, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Bu gün, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Bu gün, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Bu gün, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Bu gün, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Bu gün, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Bu gün, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Bu gün, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Bu gün, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Tarix:Bu gün, 15:42

İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzarətində olan "Bilgəh" Kardioloji Sanatoriyasında baş verən faciə – təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcovun lift şaxtasına yıxılaraq ağır bədən xəsarətləri alması – təkcə fərdi bədbəxtlik deyil, sistemli səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir.
İlkin Fərəcovun hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində vəziyyəti ağır olaraq qalır. Tibbi mənbələrə görə, İlkinin qanına infeksiya düşmüş, yüksək hərarət müşahidə olunur və onun yenidən əməliyyata ehtiyacı var. Lakin bu faciənin fonunda AHİK sədri Sahib Məmmədov və "Kurort" QSC rəhbərliyi vəziyyətin ciddiliyini ictimaiyyətdən gizlətməyə çalışır. Sahib Məmmədov İlkinin sağlamlığı ilə bağlı həqiqəti gizlədərək, 30 iyun tarixində "Bilgəh" Sanatoriyasının təmir edilmiş korpusunun təmtəraqlı açılışını təşkil etməyi planlaşdırır. Görünür, rəhbərliyin əsas narahatlığı insan həyatı deyil, kosmetik görüntülərlə reputasiyasını qorumaqdır.
Qeyd edilməlidir ki, İlkin Fərəcov sıravi işçi deyil, "Kurort" QSC-nin müxtəlif sanatoriyalarında məsul və təcrübəli təsərrüfat müdiri kimi uzun illər işləmiş, müvəqqəti olaraq "Abşeron" Sanatoriyasından "Buzovna"ya, oradan da "Bilgəh" Sanatoriyasına təmir işlərini tezliklə yekunlaşdırmaq tapşırığı ilə göndərilmişdi. Bu isə o deməkdir ki, rəhbərlik İlkinin peşəkarlığından sistemin natamamlığını ört-basdır etmək üçün istifadə edib. Lakin texniki təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə faciə baş verib.
Ən narahatedici məqamlardan biri isə odur ki, hadisədən dərhal sonra "Kurort" QSC rəhbərliyi İlkinin düşdüyü vəziyyəti onun ehtiyatsızlığı ilə izah etməyə çalışır. Rəsmi bəyanatlarda onun təmir sahəsinə öz təşəbbüsü ilə getdiyi deyilir. Lakin müəssisə daxilində İlkinin bu işə konkret olaraq rəhbərlik tapşırığı ilə cəlb edildiyi hər kəsə məlumdur.
"Kurort" QSC-nin baş direktoru Çingiz Hacıyev isə sistemli rəhbərlik təcrübəsinə malik olmayan, müəssisəni səriştəsiz idarə edən şəxs kimi tanınır. Onun dövründə ixtisaslı kadrlardan çox, şəxsi münasibətlər və qeyri-peşəkar təyinatlar ön plana keçmişdir. AHİK sədri Sahib Məmmədov isə "Kurort" QSC-nin ştat strukturunu qısa müddət ərzində süni şəkildə 100 nəfərdən çox şişirdərək, müxtəlif dövlət orqanları və biznes qurumlarından uzaqlaşdırılmış tanışlarını, qohumlarını və onların övladlarını burada işlə təmin edib. Bu arada sanatoriyaların sıravi işçiləri – tibbi və texniki heyət – qəpik-quruş maaşlarla aylarla əmək haqlarını gözləyirlər.
Ən təhlükəlisi isə odur ki, bu kimi faciələr sanatoriyalarda texniki təhlükəsizlik qaydalarının, əmək mühafizəsinin və əmək qanunvericiliyinin necə kobud şəkildə pozulduğunun göstəricisidir. Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürən işçilərin təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə borcludur. Lakin bu hadisə bir daha göstərdi ki, "Kurort" QSC-də bu öhdəliklər kağız üzərində qalır.
Əgər hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət verməkdə maraqlıdırsa, o zaman yalnız hadisə anını deyil, İlkin Fərəcovun bu riskli və təhlükəli təmir prosesinə hansı əsasla cəlb edildiyini, texniki təhlükəsizlik tədbirlərinin olub-olmadığını, tikinti işlərinə rəhbərlik edənlərin kimliyini, işə verilən tapşırıqların yazılı olub-olmadığını və məsuliyyət daşıyan şəxsləri ciddi şəkildə araşdırmalıdır.
Bu cür sistemli səhlənkarlıq nəticəsində İlkin Fərəcovun həyatı təhlükədədir. Onun timsalında həm də yüzlərlə digər sanatoriya işçisinin taleyi sual altına düşür. İctimaiyyət bu hadisəyə səssiz qalmamalı, məsul şəxslər isə hüquq qarşısında cavab verməlidir.(qafqaz.az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...