Bu gün, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Bu gün, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Bu gün, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Bu gün, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Bu gün, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Bu gün, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Bu gün, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Bu gün, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Bu gün, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Bu gün, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Bu gün, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Bu gün, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Bu gün, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Bu gün, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işləri üzrə 04.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ELŞƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 709.880,09 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 23.06.2025 -ci ildə dərc edilib.
Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş bəndlərin bərpa olunması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.013.646,47 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Şəki şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “ELŞƏN” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “ELŞƏN” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Qeyd edək ki, bu Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC arasında ilk işbirliyi deyil. Şəki şəhər İcra Hakimiyyəti 2021-ci ildə Şəki şəhərində görüləcək abadlıq işləri üzrə də sözügedən şirkətlə 148.585,97 manat dəyəri olan müqavilə bağlayıb.
Bundan əlavə Şəki Suvarma Sistemləri İdarəsi də rayonda Dəhnə kanalının PK81+00÷PK102+00 hissəsinin beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üçün mal-materialların satın alınması üzrə 174.681,3 manat, maşın-mexanizmlərin istismarı üçün lazım olan mal-materialların satın alınması üzrə isə 166.421,3 manat məbləğində iki satınalma müqaviləsini “ELŞƏN” MMC ilə bağlayıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELŞƏN” (VÖEN- 3000086811) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 07.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ŞƏKİ RAYONU, NATAVAN, ev.15, qanuni təmsilçisinin isə Abdul-Vahabov Dursun Camal oğlu Hacıyev Əhsən Rza oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Qeyd etmək istərdik ki, Şəki yağıntıların daha çox düşdüyü, sel sularının fəsad törətdiyi rayonlarımızdan biridir. Hələ 2021-ci ilin noyabrında Aktualinfo.org sel sularının yaratdığı təhlükə ilə bağlı araşdırma məqalə yaymış, foto və videomateriallar əlavə olunaraq tədbirlər görülməsi üçün bütün aidiyyatı orqanlara göndərmişdi.
Bir daha xatırlatmaq istərdik ki, sözügedən məqalədə Şəkinin Baş Göynük, Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndlərinin hələ də sel təhlükəsi altında qaldığını açıqlamış, ötən ilki seldən əvvəl, yəni, 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmasını yazmışdıq. Çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Çay kənarında milyonlarla manat pul hesabına çox keyfiyyətsiz bəndbasma işləri görən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin dövlət vəsaitini talan etdiyindən bu təhlükə daim gözlənilir. Hələ 20 sentyabr 2023-cü il selindən sonra heç bir faktiki işlər görülməmişdir. Ötən ilin may-iyun aylarında olan növbəti sel və daşqınlardan sonra da minlərlə sakinin mülklərinə və fərdi təsərrüfatlarına böyük ziyan dəymişdir.
Qeyd edək ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə bərabər Şəki şəhər İcra Hakimiyyəti də hər il çay sahil divarlarının təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinə milyonlarla manat vəsait ayırır. Amma nədənsə hər dəfə sel gələndən sonra buralarda təmir, bərpa işlərinin aparıldığı heç bəlli olmur. Sanki, ayrılan dövlət vəsaitləri selə qarışıb, yox olur. Elə Şəki şəhər İcra Hakimiyyətinin “ELŞƏN” MMC yə ayırdığı yüz minlərin aqibəti də, çox güman ki, belə olacaq.
Aktualinfo.org