Bu gün, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Bu gün, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Bu gün, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Bu gün, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Bu gün, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Bu gün, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Bu gün, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Bu gün, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Bu gün, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Bu gün, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Bu gün, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Bu gün, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Bu gün, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Bu gün, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.
Bu barədə iTicket.az məlumat yayıb.
Məlumata görə, ləğv edilən tədbirlər aşağıdakılardır:
– Yumor Fest (18.07.2025 – Sea Breeze Resort);
– Bastanın konserti (30.08.2025 – Sea Breeze Resort);
– “Şelkunçuk” baleti (11.10.2025 – Heydər Əliyev Sarayı);
– “Qu gölü” baleti (11.10.2025 – Heydər Əliyev Sarayı);
– Sergey Bezrukovun konserti (17.10.2025 – Heydər Əliyev Sarayı);
– “Romeo və Cülyetta” baleti (12.10.2025 – Heydər Əliyev Sarayı);
– “Düyməçik” baleti (12.10.2025 – Heydər Əliyev Sarayı);
– Yevgeni Sinyakovun stendapı (01.11.2025 – Opera Studiyası);
– Leonid Aqutin və Anjelika Varumun konserti (23.11.2025 – Heydər Əliyev Sarayı);
– “Master və Marqarita” Flamenko tamaşası (20.12.2025 – Opera Studiyası);
– “Şelkunçuk” Flamenko baleti (20-21.12.2025 – Opera Studiyası).
Xatırladaq ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiyanın dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilir.
Bu barədəMədəniyyət Nazirliyindən bildiriblər.
Bildirilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.