Bu gün, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Bu gün, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Bu gün, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Bu gün, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Bu gün, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Bu gün, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Bu gün, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Bu gün, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Bu gün, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Bu gün, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Bu gün, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Bu gün, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Bu gün, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Bu gün, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Məlum olduğu kimi, on gün əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və birinci müavini də daxil rayonun bir neçə vəzifəli şəxsi DTX-nın keçirdiyi əməliyyatla saxlanıldı. Və bir gün sonra barələrində həbs qətiimkan tədbiri seçildi. İlkin açıqlamaya görə o, qulluq mövqeyindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur...
Bu arada mediada son illərdə Qax rayonunda keçirilən tenderlərə diqqət çəkildi. Məlum oldu ki, Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçən bu şirkət indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalmasının qalibi olub. Çox güman ki, istintaq prosesində bu fakt diqqətdən kənarda qalmayacaq...
***
Yazıya bu faktlarla girişimiz təsadüf deyil. Təəssüf ki, bu və bunaqədərki olaylara baxmayaraq hələ də, əksər dövlət qurumlarının satınalmalarından müəyyən suallar boylanır. Qax rayonuna qonşu sayıla biləcək Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində olduğu kimi...
Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 20.06.2025-ci il tarixdə Nümayəndəlik "KM SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Balakən şəhərində aparılacaq abadlıq və təmir işləri üçün mal-materialların alınması qarışılığında "KM SERVİCES" MMC-nə 85.059 manat ödəməli olacaq.
İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, balakənli oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir...
Əvvəla, nə karədisrə Balakən rayon mərkəzinin abadlaşması adı ilə keçirilən tenderlər az qala ədədi silsilə şəkilini alsın. Ötən illərdə şəhər yollarının, binaların təmiri adı ilə müxtəlif, həm də az sayılmayacaq məbləğlə tenderlər keçirilib, dövlətin puluna xəsislik edilməyib(?)
Bu əməkdaşlıqda diqqət çəkən vacib faktor Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin dövlət vəsaitini etbar etdiyi "KM SERVİCES" MMC ilə bağlıdır. Heç də az məbləğ olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)
Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması və s. kimi öhdəliklər qoyulur.
Belə olan halda yumşaq desək "KM SERVİCES"MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Telman Bayramov dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Telman Bayramovun bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.
Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)
Biləsuvarda iki şübhəli tender: 2 il əvvəl təmir olunan yollar yenidən niyə təmir olunur?