Anons

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Haqqımızda Əlaqə

Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...

Tarix:Bu gün, 11:31

Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan... Sumqayıtda yerləşən çörək zavodunun direktoru Tofiq Hüseynovun rəhbərlik etdiyi Term Mənzil-Tikinti Kooperativi (MTK) ətrafında ciddi qalmaqal yaranıb.

Sahibkar Tağı Tağıyev Den.az-a müraciət edərək, Term MTK tərəfindən ona qarşı hüquq pozuntusu və əmlakına zərər vurulması ilə bağlı şikayətini ictimailəşdirib.

Tağı Tağıyev bildirir ki, Tofiq Hüseynovun rəhbərlik etdiyi MTK ilə 3 illik alqı-satqı müqaviləsi əsasında obyektin birinci mərtəbəsini icarəyə götürmüş və artıq iki ildir mütəmadi olaraq icarə haqqını ödəyir. Onun sözlərinə görə, obyektə xeyli vəsait yatırıb, məkan tam şəkildə öz hesabına təmir olunub. Lakin gözlənilmədən MTK tərəfindən müqavilənin pozulduğu və əşyalarının çölə atıldığı bildirilib.

Sahibkarın iddiasına əsasən, ona telefonla zəng edilərək, obyektin qapısının qırıldığı, içəridəki bütün malların xəbərdarlıq edilmədən çölə atıldığı deyilib. Rəsmi izahat olaraq isə ona müqavilənin yalnız 1 illik olduğu bildirilib. Halbuki Tağı Tağıyev qarşı tərəflə 3 illik yazılı razılaşma əsasında fəaliyyət göstərdiyini və bu sənədin hələ də qüvvədə olduğunu söyləyir.

İnsident nəticəsində sahibkara təxminən 40 min manatlıq maddi ziyan dəydiyi iddia olunur. Təmir işləri, avadanlıqlar, ərzaq məhsulları və digər ticarət ləvazimatlarının itirilməsi biznes fəaliyyətinə ciddi zərbə vurub.

Məsələ ilə bağlı qarşı tərəfdən – Tofiq Hüseynov və ya MTK tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Hüquqşünaslar isə bildirir ki, icarə müqaviləsinin birtərəfli pozulması, üstəlik əmlakın dağıdılması və xəbərdarlıq edilmədən əraziyə müdaxilə edilməsi qanunvericiliyin kobud şəkildə pozulması hesab olunur.

Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini və hüquqlarını sonadək müdafiə edəcəyini bildirir. O, aidiyyəti dövlət qurumlarını da bu cür özbaşınalıqlara göz yummamağa çağırır.

Bu olay bir daha göstərir ki, özəl sektorda müqavilə mədəniyyətinə və sahibkar hüquqlarına hörmətlə yanaşılmadıqda, həm iqtisadi zərərlər, həm də sosial etimad böhranı qaçılmaz olur. İndi isə gözlər Sumqayıt hüquq-mühafizə orqanlarının və məhkəmələrin verəcəyi qərardadır.

Den.az

Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...