Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib
Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Mayın 12-dən 2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçiriləcək. Ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək.
Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.
İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək.
Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:
• 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);
• 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);
• 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).
Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz.
Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar:
- Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası;
- Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
- Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
- Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi;
- Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey;
- Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
- Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey;
- Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya.
Digərləri:
- Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey;
- Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri Texniki-humanitar lisey;
- Bakı şəhəri 291 nömrəli ekologiya liseyi;
- Bakı şəhər 173 nömrəli tam orta məktəb;
- Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
- Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey;
- Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey;
- Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb;
- Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
- Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
- Sumqayıt şəhəri İstedad liseyi;
- Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
- Sumqayıt şəhəri Təfəkkür liseyi;
- Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya;
- Qobustan şəhəri 2 nömrəli tam orta məktəb;
- Masallı şəhəri Dəfinə məktəb-liseyi.