Anons

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Haqqımızda Əlaqə

"Formula 1" həftəsində sakinlər üçün bəzi yollar açılacaq

Tarix:25-04-2023, 11:45

"Formula 1" həftəsində sakinlər üçün bəzi yollar açılacaq
Ötən illərdən fərqli olaraq builki "Formula 1" yarış həftəsində Bakı Şəhər Halqasına daxil olan bəzi yollar avtomobil idarə edən vətəndaşların rahat hərəkətini təmin etmək üçün açıq olacaq.

APA xəbər verir ki, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) ancaq birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

Qeyd olunan tarixlərdə şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trekə daxil olan ərazilərdə yeraltı keçidlər gün ərzində açıq olacaq. Piyadalar həmçinin Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsində, Xəqani və Rəşid Behbudov küçələrində, habelə halqanın ətrafında yerləşən Azadlıq prospekti ilə Xəqani küçəsində quraşdırılmış müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yerüstü keçid daimi əsasda quraşdırılıb.

Xatırladaq ki, bu küçələrdə nəqliyyatın hərəkəti mayın 2-si, səhər saat 08:00-da tam olaraq bərpa olunacaq.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...