Anons

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Haqqımızda Əlaqə

FHN-in Türkiyədəki çevik xilasetmə qüvvələrinin sonuncu qrupu Azərbaycana yola düşüb

Tarix:17-03-2023, 12:00

FHN-in Türkiyədəki çevik xilasetmə qüvvələrinin sonuncu qrupu Azərbaycana yola düşüb
Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb.

Nazirlikdən verilən məlumata görə, 8 ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb.

Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2000 ədəd oturacaq, 8000 ədəd geyim dəsti, 20000 cüt corab, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19330 nəfər zərərçəkmiş Nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. 49 mindən çox insan həlak olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...