Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb
Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək
Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı
Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir
Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb
Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb
Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib
Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib
Dünən, 13:42- Sabahın havası
Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək
Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb
Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib
Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ
Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib
Dünən, 10:46- Laçının daha 63 sakini doğma yurda qayıdır
Dünən, 10:13- Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqlayıb
28-11-2023, 17:00- Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq
28-11-2023, 16:35- Cənubi Koreya Ermənistanda səfirlik açacaq
Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.
İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olub, 24 fevral 1992-ci il tarixində “Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetiriblər.
Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib.
Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd etmiş, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat vermişdir.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim etmişdir. Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərmişdir. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.