Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

"Şeyx Əbdülə deyək ki, get otur evdə?!" - ETİRAZ

Tarix:25-06-2024, 14:35

"Şeyx Əbdülə deyək ki, get otur evdə?!" - ETİRAZ “Mən aktyoram, aktyor ekranda fironluq eylər, işıqları yananda səhnədə ağlayar-gülər”.. Bu sətirlərin müəllifi xalq şairi Vahid Əzizdir.. “Mən aktyoram” başlıqlı əsər əməkdar artist Elza Seyidcahanın ifasında həqiqətən də ən gözəl mahnılardan biridir. Amma nədənsə bu gün aktyorlar yox, bəzi teatr direktorları onların üzərində fironluq edir. Bəli, bəzi! Fironluq o yerə gəlib çatıb ki, sağlam düşüncəli, ağlı başında olan, səhnədə yüksək performans sərgiləyən sənətkarları bir-bir yola salırlar.. Sağlam sənətkar teatrdan çıxarılandan sonra xəstəliyə düçar olur. Bəs görəsən yaş həddi ilə bağlı Milli Məclisdə hansısa qanun, qərar qüvvəyə minib? Həqiqətənmi qocaman aktyor səhnəyə lazım deyil?! Nəzərə alsaq ki, görkəmli sənətkarımız Ağasadıq Gəraybəyli gözləri görmədiyi halda səhnəyə çıxıb, tamaşa oynayıb.. Dünya teatrlarında da bu kimi halların şahidi olmuşuq.. Əlil arabasında sırf onun üçün yazılmış əsərlə tamaşaçılarını salamlayan sənətkarlardan da xəbərimiz var.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa Moderator.az-a açıqlamasında bildirib ki, sənətkarı hansısa bir şəkildə istefaya göndərməzlər.
“Bu bir az mürəkkəb məsələdir. Amma teatrda ştat cədvəlində sənətkarın ömrünün sonuna qədər səhnədə qalması deyə bir qayda da tətbiq oluna bilməz. Başqa bir formada sənətkarın yaşaması sistemi qurulmalıdır və prezident təqaüdü, başqa təqaüd növləri ona təyin olunmalıdır ki, o yaşamını pensiya yaşında, ağır bir şərtlərdə olanda da sürdürə bilsin. Amma müqavilə ilə sənətkarın mütləq səhnədə olmasını təmin etmək lazımdır. Əgər o ifa edə bilirsə, səhnədə yüksək performans göstərə bilirsə bunu heç cür məhdudlaşdırmaq olmaz. Amma bununla belə teatra həm də yeni nəsil gəlməlidir, səhnəyə yeni nəsil çıxmalıdır. Bunlar hansısa şəkildə stimullaşdırılmasa onlar gəlməyəcəklər. Ona görə də direktorlar bəzən bu istiqamətdə qınanılır, amma buna fərqli bir şəkildə baxılmalıdır. Hərhalda bir şeyi də düşünmək lazımdır ki, heç bir direktor öz teatrımın zəifləməsinə maraqlı ola bilməz. Onlar faydalı sənətkarların performasından istifadə etməyə çalışırlar. Ona görə də bu məsələ dəqiq araşdırılmalıdır, ondan sonra qiymət verilməlidir. Sabah da direktorlar teatrın müəyyən keyfiyyətini qaldırma məsələsində bunu əsas götürüb, problemlər yaşadıqlarını ifadə edəcəklər. Ona görə də bizi ilk növbədə teatrın taleyi düşündürməlidir. Bu baxımdan da fikrim odur ki, əməkhaqqı ilə müəyyən məsələləri daha çox yeni kadrların teatra gəlişi istiqamətində çözmək lazımdır. Yaşlaşıb hansısa formada əvvəlki performansı göstərməyən sənətkarlar da müqavilə ilə teatrın fəaliyyətində yer almalıdırlar. Onları da diqqətsiz qoymaq olmaz. Onları qorumaq lazımdır” deyə deputat bildirib.
Fazil Mustafa deyir ki, bu mövzu gələcəkdə Milli Məclisdə müzakirə oluna bilər.
“İndi Milli Məclis artıq fəaliyyətini yekunlaşdırır. Gələcəkdə əlbəttə bu mövzu müzakirə oluna bilər. Hansısa qanunda nəzərdə tutula bilər. Təqdim olunduqdan sonra müzakirə aparıla bilər. Bu yəqin ki, 4-5 aydan sonra olacaq” deyə o bildirib.

Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas isə bidirib ki, heç bir halda yaşından asılı olmayaraq sənətkar teatrdan uzaqlaşdırılmamalıdır.
“Bu mövzu Milli Məclisdə müzakirə olundu və mən də bunun əleyhinə danışdım. Digər həmkarlarım da bu fikrimə dəstək verdilər. Aktyoru yaşa görə işdən çıxarmazlar. Xalq artisti Tariyel Qasımovun 85 yaşı var. Maşallah elə bil cavan oğlandır. Bu qədər teatrda, filmlərdə rollar oynayıb. Ona deyək ki, get otur evdə?! Yaxud da Şeyx Əbdülə deyək ki, get otur evdə?! Pensiya yaşı haqda qanun aktyorlara aid olunmamalıdır. Bu aktyorlar, aktrisalar Mili Məclisə, Cənab prezidentə hamısı bir yerdə müraciət etməlidirlər. Nə qədər ki, müraciət etməyəcəklər bu məsələ həllini tapmayacaq. Müraciət etsələr əlbəttə ki, mövzu Milli Məclisdə müzakirə olunacaq” deyə Aqil Abbas deyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...