Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Hesabat dövrü ərzində Günəşdə fəallıq orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 3429 oblastlarındakı M 3.3 (R1) sinifli alışmalar olub.
Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Alışmalar nəticəsində II tip radioemissiya qeydə alınıb. Günəş ləkələrinin sayı azalaraq 8 ləkə qrupu və 94 ləkə müşahidə olunur. Həmçinin bir neçə Tac Kütlə Atılması (TKA) baş verib. Günəşin səthində Tac dəlikləri qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial Tac dəlikləri müşahidə olunmur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 411 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin sürətini saxlamışdır. Maksimal sürət 528 km/san qeydə alınıb. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -19 nT olub. Hazırda Günəş küləyinin sürəti 424 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə -2 nT təşkil edir.
Hesabat dövrü ərzində 12 sentyabrda geomaqnit sahəsinin aktivliyi G2 (orta) səviyyəsinə kimi yüksəlib. Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.
Proqnoz günlərində (19 sentyabr - 25 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyi sürətinin sentyabrda TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə 19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.