Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Dərs kitablarının birində yazılmış bu yazı diqqətimi cəlb etdi. Orada yazılmışdır ki, nəhəng sürünənlərin məhv olmasına quşlar və məməlilər sinfinin meydana çıxması səbəb olmuşdur. Quşlar və məməlilərin mühitə uyğunlaşması sürünənlərə nisbətən daha yaxşıdır. Eyni zamanda qidalanma qabiliyyəti də üstündür. Bütün bunlar quşlar və məməlilərin Yer üzündə hakim mövqe tutmasına, nəhəng sürünənlərin isə məhv olmasına səbəb olmuşdur. Bütün bunlar elmdə uzun müddətdir ki, qəbul edilmişdir.
Əslində isə nəhəng sürünənlərin məhv olması səbəbləri tamamilə başqadır. Onların yaşayış tərzinə, orqanlarının quruluşuna, mühitə uyğunlaşmasına, qidalanma qabiliyyətinə diqqət yetirsək aydın olar ki, nəhəng sürünənlər hər hansı rəqabət nəticəsində kütləvi surətdə məhv ola bilməzdi. Aydın olması üçün nəhəng sürünənlərdən bir neçəsinin yaşayış tərzinə aid olan məlumatlara diqqət yetirək.
Bütün elmi kitablarda yazılmışdır ki, ilk sürünənlər suda-quruda yaşayanlardan əmələ gəlmişdir. Həmçinin 250 milyon il bundan əvvəl. Qazıntı işləri zamanı nəhəng sürünənlərin skeletləri tapılmışdır. Suda-quruda yaşayanların və ilk sürünənlərin skeletlərini müqayisə etdikdəoxşarlıqları görmək olar. Belə ki, hər iki sinfə aid olan heyvanlarda boyun hissələri olmuşdur. Döş sümüyü və döş qəfəsi olmamışdır. Başqa oxşarlıqlar da vardır. Bütün bunlar nəhəng sürünənlərin suda-quruda yaşayanlardan əmələ gəlməsinin sübutu kimi qeyd edilmişdir. Əslində isə nəhəng sürünənlər suda-quruda yaşayanlardan əmələ gəlməmişdir. Bunun sübutları vardır və izahı ayrı mövzudur.
Dinozavrlar dəstəsinə aid olan heyvanlar çox nəhəng olmuşdur. Onların bədən uzunluğu 18-27 metr olmuşdur. Həm bitkilərlə, həm də heyvanlarla qidalanmışlar. Bəziləri yırtıcı olmuşlar.Ən müxtəlif qidalarla qidalanan, müxtəlif şəraitdə yaşaya bilən heyvanlar yaşayış uğrunda mübarizədə tamamilə məhv ola bilməzdi.
Teriondontlar dəstəsinə aid olan sürünənlər başqa heyvanlardan xeyli fərqlənmişlər. Belə ki, onlarda ilk dəfə olaraq kəsici və köpək dişləri olmuşdur. Müasir sürünənlərdə ayaqlar gövdənin yanlarında yerləşir. Teriodontlarda isə ayaqlar gövdənin alt tərəfində yerləşir. Belə bədən quruluşu olan nəhəng sürünənlərin hər hansı rəqabət nəticəsində nəslinin kəsilməsi mümkün ola bilməzdi.
Sual meydana çıxır. Müxtəlif mühit şəraitində yaşaya bilən, müasir heyvanlardan dəfələrlə böyük olan nəhəng sürünənlərin məhv olmasına səbəb nə olmuşdur? Elə fikir yarana bilər ki, sualın cavabının düzgün müəyyən edilməsinin elmi əhəmiyyəti yoxdur. Əslində isə müasir dövrümüzdə bütün canlı orqanizmlərdə baş verən dəyişiklikləri nəzərə alsaq sualın cavabının əhəmiyyəti bizə aydın olar. Eyni zamanda gələcəkdə canlı orqanizmlərdə baş verə biləcək dəyişiklikləri düzgün proqnozlaşdırmaq üçün sualın cavabının düzgün müəyyən edilməsinin əhəmiyyəti böyükdür.
Bəzi alimlər nəhəng sürünənlərin məhv olmasının səbəbini iqlimin kəskin soyuması ilə əlaqələndirirlər. Bu fikirlərlə razılaşmaq düzgün olmazdı. Doğrudur, Yer üzərində iqlimin kəskin soyuması hadisəsi baş vermişdir. Sürünənlərin kütləvi surətdə məhv olması 70-80 milyon il bundan əvvəl baş vermişdir. İqlimin soyuması Yer kürəsinin bütün nöqtələrində eyni səviyyədə baş verməmişdir. Digər tərəfdən sürünənlərdə müəyyən qədər iqlimə uyğunlaşma qbiliyyəti var idi. Ona görə də iqlimin soyuması nəhəng sürünənlərin kütləvi surətdə məhv olmasına əsas səbəb ola bilməzdi.
Quşlar və məməlilər sinfinin meydana çıxması da sürünənlərin kütləvi surətdə məhv olmasına əsas səbəb ola bilməzdi. Çünki, uyğunlaşma nəticəsində nəhəng sürünənlərin bir qismi salamat qalmalı idi. Doğrudur, quşlar və məməlilər sinfinin meydana çıxması Yer üzərində qida ehtiyatının azalmasına səbəb olmuşdur. Digər tərəfdən quşlar və məməli heyvanlar iqlimə daha tez və yaxşı uyğunlaşma qazandılar. Bütün bunlara baxmayaraq nəhəng sürünənlər hər hansı rəqabət nəticəsində məhv ola bilməzdi.
Nəhəng sürünənlərin məhv olmasına səbəb kəskin yoluxucu və öldürücü virus xəstəliyi olmuşdur. Həmin virusun çox sürətlə yayılma qabiliyyəti olmuşdur. Qısa vaxt ərzində Yer kürəsinin bütün nöqtələrində yaşayan nəhəng sürünənlər həmin virusa yoluxmuşlar. Virusun yayılmasında quşlar da böyük rol oynamışlar. Hava axınları vasitəsilə virus bütün qitələrə yayılmışdır. Məsələ burasındadır ki, xəstəlik nəhəng sürünənlər arasında yayılmışdır. Digər heyvanlar da virusa yoluxsalar da xəstəlik ölümlə nəticələnməmişdir.
Müasir dövrümüzdə həmin virus özünün çox gizlihəyat tərzini keçirir. Əsasən vəhşi heyvanlarda mövcuddur. Ev heyvanlarının və insanların orqanizmində mövcud deyildir. Lakin iqlimin dəyişməsi nəticəsində həmin virus yeni uyğunlaşmalar qazanacaqdır. O zaman xəstəlik kütləvi hal alacaqdır.
Elm aləmi hələlik həmin virus haqqında tam məlumatsızdır. Onu harada axtarmaq, müşahidə etmək, quruluşunu öyrənmək mümkün deyildir. Iqlim dəyişkənliyinin təsiri nəticəsində virus qəflətən peyda olacaqdır. Güman edirəm ki, elmi laboratoriyalar mənim bu yazımdan sonra həmin virus haqqında məlumatlar əldə edəcəklər.
İbrahimov Tahə Lətif oğlu
Ağsu rayonu, İlxıçı kəndi