Anons

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Haqqımızda Əlaqə

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Tarix:19-06-2025, 14:52

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO Bildiyimiz kimi, bir neçə qurumun səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən plastik cərrahların sənədləri araşdırılıb. Nəticədə komissiyaya sənədləri təqdim edilən 100-ə yaxın həkimdən 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.

Fəaliyyətinə icazə verildiyi həkimlərin siyahısında daha çox uğursuz işləri ilə məşhurlaşan plastik cərrahlardan bir neçəsinin adı yoxdur. Buna baxmayaraq, həmin cərrahlar yenə də iş başındadırlar.

Könül Ağamirova

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Bizim.Media-nın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilən həkimlərdən Könül Ağamirova hazırda “Milan VİP” hospitalında plastik cərrah kimi çalışır.

Xatırladaq ki, Könül Ağamirovanın adı pasiyentlərin şikayətlərində tez-tez yer çəkilib. Sosial şəbəkədə əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva da cərrahı sərt tənqid edib. Bundan başqa, plastik cərrahın adı ötən ilin noyabrında jurnalist Qənirə Ataşovanın saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahısında da yer alıb.

Şövkət Əliyeva
Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Bundan başqa, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva da elə həmin klinikada öz fəaliyyətini davam etdirir.

Səkinə Xudiyeva
Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Mətbuatda zaman-zaman uğursuz əməliyyatlarları ilə bağlı şikayətlər dərc olunan plastik cərrah Səkinə Xudiyeva da fəaliyyətinə icazə verilməyən həkimlər siyahısındadır. Lakin o, hazırda öz pasiyentlərinə “Badam” klinikasında xidmət göstərməkdə davam edir.

Səbinə İsmayılova
Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Plastik cərrah kimi fəaliyyətinə icazə verilməyən daha bir həkim Səbinə İsmayılova da öz fəaliyyətini dayandırmayıb. O da “Badam” klinikasında plastik cərrah kimi öz xidmətini davam etdirir.

Nigar Məmmədova
Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Adı məlum siyahıda olmayan daha bir həkimin səhvindən isə 37 yaşlı Arzu Sadıqova adlı pasiyent vəfat edib. Bu isə “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədovadır. Pasiyent Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından ölüb. Yoxlamalar zamanı həkimin müvafiq sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi faktı aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bizim.Mediaскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...