Anons

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

Haqqımızda Əlaqə

“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……

Tarix:18-06-2025, 17:37

“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır…… Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Mərcan” klinikasında ölüm faktından sonra aparılmış plandankənar yoxlamanın nəticələrini açıqlayıb.
Nazirliyin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və “Mərcan” klinikasında plandankənar yoxlama həyata keçirilib.
Mərkəzdən bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən “Mərcan” klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.
Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.
İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:
– fiziki şəxslər 300 manatdan 500 manatadək,
– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.
İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:
– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Məlumatda qeyd olunub ki, həmin ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Bu barədə ilk məlumatı Teleqraf.com yayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...