Anons

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

Haqqımızda Əlaqə

“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...

Tarix:18-06-2025, 12:38

“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR... "Dia-az"a Naxçıvanla bağlı olduqca ilginc iddiaların yer aldığı məlumat daxil olub. söhbət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun dövründə fəaliyyət göstərmiş "NaxçıvanBank"da toplanmış böyük həcmli vəsaitin şübhəli şəkildə yoxa çıxmasından gedir.

"Dia-az" xatırladır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
O zaman bu barədə məlumat yuyan AMB-nin rəsmi xəbərində deyilirdi ki, fiziki şəxslər “Naxçıvanbank”dakı hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər:
“Bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir”.

"Dia-az" bildirir ki, amma indi aydın olur ki, “Naxçıvanbank”da saxlanılan vəsaitin əhəmiyyətli hissəsi "YOXA ÇIXIB.
Qeyd edək ki, daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra “Naxçıvanbank”ın səhmdarları dəyişib. Amma buna rəğmən yenə də keçən il bankın fəaliyyəti birdəfəlik olaraq dayandırıldı.

"Dia-az"a danışan məlumatlı mənbə iddia edir ki, “Naxçıvanbank”dakı pulun əhəmiyyətli hissəsi - 1.2 milyard manatlıq vəsait şübhəli şəkildə yoxa çıxıb. Mənbə iddia edir ki, əslində həmin pullar Naxçıvanda Talıbovların fəaliyyətləri boyunca mənimsədikləri - əslində Naxçıvandan oğurladıqları pullar olub: "Amma həmin pullar geriyə - Naxçıvanın büdcəsinə qaytarılmadı, heç ümumi Azərbaycan büdcəsinə də qaytarılmadı... hara yoxa çıxdı... rəsmən elan olunmur..."

Məlumatı verən mənbə bildirir ki, əslində bu vasit Naxçıvanın özünə xərclənməli idi: "Nəinki bu vəsaitə əl qoyuldu, hətta Naxçıvanın əvvəlki büdcəsi - 450 milyon manatdan 380 milyon manata qədər azaldıldı ki, bu da əslində birbaşa olaraq əhalinin sosial rifahına mənfi təsirini göstərdi..."

Qeyd edək ki, həmin 1.2milyard manatın aqibəti ilə bağlı müxtəlif fərziyyələr də var. Bu barədə növbəti yazımızda ətraflı danışacağıq. Bizi izləyin...

Dia-azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...