Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Faktinfo.az saytı xəbər verir ki, Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlu mətbuat üçün video müraciət paylaşıb. Onun müraciəti Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova ilə bağlıdır. Belə ki, Akif İbrahimov video müraciətində iddia edir ki, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə isə 900 manat pul verib. İndi isə direktor Hicran Əyyubova bunu boynuna almır. Akif İbrahimov müraciətində onu da bildirir ki, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova əlavə olaraq, Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verib. İndi direktor bunları danır, Şəhriyar Quliyevin diplomunu almasına kömək etmir. Vəziyyəti belə görən Xatirə Uğuzova DİN-nin 102 çağrı mərkəzinə müraciət edib. Olunan şikayətdən ehtiyatlanan Hicran Əyyubova tələbənin anasına zəng çalaraq, Şəhriyar Quliyevə diplom veriləcəyini bildirib, qarşılığında şikayətini geri götürməsini xahiş edib.
Faktinfo.az saytına səsləndirilən iddialarla bağlı Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova ilə əlaqə saxlayıb. Xatirə Uğuzova Akif İbrahimovun səsləndirdiyi iddiaların yalan olmadığını, özünün DİN-nin 102 çağrı mərkəzinə şikayət etdiyini, yayılmış video müraciətin isə onun iradəsindən kənar baş tutduğunu qeyd edib.
Məlum iddialara Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova da münasibət bildirib. Direktor Xatirə Uğuzova adlı xanımı tanımadığını, üzük, pul, hədiyyə aldığına dair səsləndirilən iddiaların yalan olduğunu, şərə, böhtana tuş gəldiyini qeyd edib. Məsələni hüquq-mühafizə orqanının araşdırdığını, tələbə Şəhriyar Quliyevə gəlincə, onun təhsil haqqı borcunun olduğunu, istehsalat təcürbəsinə buraxılmadığını, tələbənin qayıb limitini keçdiyini, fənn kreditini tamamlamadığını və s. səbəblərdən də adının diplom alacaq tələbələrin siyahısında yer almayacağını vurğulayıb.
Onu da qeyd edək ki,Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlunun paylaşdığı video müraciət bir sıra saytlarda və Tik-Tok sosial şəbəkəsində paylaşılıb.
Faktinfo.az