Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Bakıda daha bir tikinti şirkəti sakinlərə problem yaradır.
Bu barədə redaksiyamıza daxil olan şikayətdə bildirilir. Belə ki, Tahir və Kamran Bəhramzadə qardaşlarının müraciətində qeyd edilir ki, “RR Constructions” MMC mərhum ataları Bəhramov Vaqif Aydın oğlu ilə bağladığı müqaviləyə əməl etmir.
2023-cü il aprelin 8-də bağlanan müqaviləyə görə, Bakı şəhəri, Yasamal rayonu, F. İbrahim bəyov küç., ev 35 ünvanında yerləşən V. Bəhramova məxsus 4 otaqlı 64 kvadratmetrlik mənzil sökülərək yerində “RR Constructions” MMC tərəfindən bina tikilir. Qeyd edilən müqavilədə də dəqiqliklə əksini tapdığı kimi, iki qardaşın məskunlaşdığı ikimərtəbəli mənzilin əvəzində adıçəkilən tikinti şirkəti hər birinin 41.5 kvadratmetr sahəsi olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, iki ədəd tam təmirli yeni mənzil verməlidir:
“Ev atamızın adına idi. İki qardaş hərəmiz bir mərtəbəsində məskunlaşmışdıq. Hər mərtəbədə iki otaq, hamam-tualet və mətbəx vardı. Müqavilədə bizə iki mənzilin veriləcəyilə bağlı məsələ əksini tapmışdı deyə söküntüyə razılıq verdik. Elə 2023-cü ilin aprelində də ev boşaldılaraq tikinti şirkətinə təhvil verildi. Müqavilədə tikinti işlərinin iki il (24) ay müddətinə başa çatacağı, bu müddət ərzində kirayə haqqı kimi ayda 1000 manat ödənməsi nəzərdə tutulub”.
Reallığı görüb razılaşan şirkət yetkililəri də qeyd edilən ünvanda iki qardaşın məskunlaşdığını nəzərə alaraq 1000 manatı hər ay 500-500 olmaqla iki ayrı-ayrı kartlara köçürürlər:
“Yəni iki qardaş kirayə haqqını bölüb ayrı-ayrı mənzillərdə qalırıq. İki il bu ilin apreldə başa çatıb, amma tikinti hələ bitməyib, binanın 3-cü mərtəbəsinin inşası gedir. Düzdür, kirayə pulunu müqavilədə əksini tapdığı qaydada verirlər, amma işin uzanması bizi bir yandan narahat edir, şirkətin müqavilə öhdəliyindən yayınması da digər yandan. Bizə deyirlər ki, sizə verməyə 41.5 kvadratmetrlik mənzilimiz yoxdur, ən kiçik mənzil 54 kvadratmetrlikdir. Onu vermək üçün isə bizdən 33 min manat əlavə ödəniş tələb edirlər. Eyni zamanda kirayə pulu verməkdən və mənzilləri təmir etməkdən imtina edirlər. Yəni biz 33 min manatı verəcəyik, 54 kvadratmetrlik, lakin təmirsiz mənzil veriləcək, üstəlik, mənzillər hazır olana qədər bizə kirayə pulu verilməyəcək. Bizim isə o vəsaiti verməyə imkanımız yoxdur. Şirkət isə müqavilənin şərtlərini pozaraq deyir ki, sizdə bir kupça idi, ona görə də sizə 1 mənzil verəcəyik, istəsəniz satıb bölərsiz. Bizə o da sərf etmir, biz o mənzili satsaq da, şəhərin mərkəzində ev ala bilməyəcəyik. Üstəlik, bağlanan müqavilənin şərtinə əməl etmək şirkətin borcudur”.
Bəhramzadə qardaşları dönə-dönə vurğulayırlar ki, onlar şirkətdən əlavə heç nə istəmirlər, nə də şirkətin təklif etdiyi ödənişi edib böyük mənzil götürməyə imkanları yoxdur:
“41.5 kvadratmetrlik iki mənzili versinlər, başqa heç nə istəmirik”.
“RR Constructions” MMC-nin rəhbəri Rafael Abdullayev AFN.az-ın mövzu ilə bağlı suallarını cavablandırarkən əvvəlcə elə adam (müqavilədə tərəf olan ata Vaqif Bəhramov-red.) tanımadığını bildirdi. Daha sonra məsələnin uzun olduğunu deyib, bizi ofisə dəvət etdi. Ondan yazılı olaraq vatsapp üzərindən mövqe göndərməsini xahiş etsək də, razılaşmadı. Sadəcə bildirdi ki, qarşı tərəf onlardan əlavə kvadrat istədikləri üçün onlardan əlavə ödənişlər tələb edilib:
“Başqa heç bir problem yoxdur, müqavilədə nə varsa ona da əməl ediləcək”.(afn)