Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Ayıq vaxtı olmayan, həmişə içkili olan, adı müxtəlif eşq qalmaqallarında hallanan, rüşvətxor, korrupsioner, həmişə rektorun pul yığanı olmuş bir şəxs yaxın zamanlarda Gəncə Dövlət Universitetində tədris işləri üzrə prorektor təyin edilə bilər.
Bu iddia Gəncə Dövlət Universitetində yaşananlarla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, Azərbaycan Respublikasının Elm və` Təhsil naziri cənab Emin Əmrullayevə ünvanlanmış, həm də Yenixeber.org-un elektron poçtuna daxil olan müraciətdə yer alır...
Məlum aktuallığını nəzərə alıb müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
Hörmətli Təhsil Naziri Emin Əmrullayev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov. Biz çox düşünüb-daşındıq və Sizə müraciət etmək qərarına gəldik. Emin Əmrullayev, ilk öncə təhsildə yaratdığınız şəffaf mühitə və obyektivliyə görə Sizə minnətdarlığımızı bildiririk. Niyazi Bayramova isə ona görə müraciət edirik ki, bu şəhərin rəhbəri Sizsiz. Burada olan istənilən qeyri-qanuni hərəkətə cavabdeh Sizsiniz. Siz buradakı özbaşınalığın qarşısını almalısınız.
Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru işdən azad edildi. Həqiqətən də başdan-ayağa, universitetin rektoru qarışıq korrupsiyanın içərisində idi. Bizim universitetin rektorunun köməkçisi və müşaviri əvvəllər İlqar Kubışev idi. O həm də rektorun pul yığanı idi. İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası ixtisasını bitirmişdir. Rektor Yusif Yusibov onu Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma hara, musiqi hara? Kolleçin kollektivi də onu istəmirdi. Ona görə də qısa bir müddətdən sonra həmin işdən qovuldu, yenidən universitetə qayıtdı. Daha sonra onu rektor Yusif Yusibov Gəncə Regional Kollecə direktor təyin etdirdi. Həddindən artıq rüşvətxor, korrupsioner bir adam idi.
Sizə çox təşəkkür edirik ki, onu işdən azad etdiniz. Sizə müraciət etməkdə məqsədimiz nədir? Həmin İlqar Kubışev universitetdə heç bir vəzifə daşımır, heç universitetin əməkdaşı da deyil. Rektor Yusif Yusibov Sizin töhmət verib işdən qovduğunuz adamı həftənin 5-ci günü rektoryanı şuraya çağırır, kollektivə deyir ki, İlqar müəllim mənim dostumdur. Həmin şəxsi göndərir ki, get altqruplarda olan imtahanlara, eləcə də universitetdə keçirilən imtahan prosesinə nəzarət elə.
Təhsil Nazirinin töhmət verib, işdən qovduğu rüşvətxor bir adam universitetin əməkdaşı olmadığı halda hansı əsasla, hansı statusla universitetdə keçirilən imtahan prosesinə nəzarət edə bilər???