Anons

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Haqqımızda Əlaqə

“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər”

Tarix:10-06-2025, 17:18

“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər” “İrşad” mağazalar şəbəkəsindən şikayət var.

Müraciət edən alıcı Ülvi Həsənov deyir ki, ötən ilin avqustunda mağaza ona qüsurlu telefon satıb. Bu azmış kimi problemli telefon aylardır nə təmir edilir, nə də əvəzində yenisi verilir. Nəticə etibarilə isə alıcı telefonsuz qalıb.

İstehlakçının sözlərinə görə ötən il 16.08.2024 tarixində “İphone 15 Pro” markalı telefon almaq üçün “İrşad” mağazalar şəbəkəsinin Xətai metrosu yaxınlığındakı filialına yaxınlaşıb. Almaq istədiyi rəngdə telefon həmin ünvanda olmadığı üçün vətəndaş məhsulu mağazanın Neftçilər metrostansiyası ərazisindəki filialından əldə edib.

İddiasına görə 7 aydan sonra telefonda problem yaranıb və bu qüsurun istehsalçı qüsuru olduğu elə mağaza tərəfindən də sübut olunub. İstehlakçı telefonu qızıl zəmanətlə aldığı və bunun üçün əlavə 450 AZN pul ödədiyi halda hələ də telefon təmir olunmayıb və ya alıcının ondan imtina istəyi dəstəklənməyib:

“Telefonun ekranı heç bir zədə olmadan yanıb, bu qüsur istehsalçı qüsurudur. İki aydan çoxdur telefonu təmirə vermişəm, təmir müddəti uzanıb. Sonra telefondan imtina etmək istədiyimi dedim. Çünki telefondakı qüsur istehsalçı qüsurudur, əlimdə bunu təsdiq edən fakt var. Qızıl zəmanətin şərtlərində də var ki, müəyyən müddət ərzində təmir mümkün deyilsə, məbləğin bir hissəsi ödənilir. Yəni bu hissələr vaxta görə müəyyən edilir. Təmirə ilk başda razılıq verdim, amma onu da eləmədilər”.

Ülvi Həsənov bildirir ki, müqavilədə 15 iş günü ərzində telefonun təmir olunacağı yazılsa da, iki aydır təmir də olunmur:

“Yubandığı üçün telefondan imtina etdim. Dəyişdirilməsini və yenidən kredit ödənişinə başlamaq istədiyimi bildirdim. Telefonun dəyəri 2700 manatdır, əlavə olaraq da 450 manat qızıl zəmanət də götürmüşəm. Daha doğrusu, 18 aylıq kreditlə almışam. Amma nə yenisi ilə əvəzlənir, nə də telefondakı problem aradan qaldırılır. Halbuki kredit ödənişi üçün hər ay mənə zəng edirlər. Məndə olmayan cihaza görə necə kredit ödəyim?

Üstəlik, buna görə 50 manata yaxın cərimə də yazıblar. Mənə bu müddət ərzində əvəzedici telefon da verməyiblər, özüm də 15 ildən çoxdur həmin mağazalar şəbəkəsinin müştərisiyəm”.

Məsələ ilə bağlı “İrşad” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazadan Bizim.Media-ya bildiriblər ki, müştərinin məlumatında yanlışlıq var:

“Müştərimiz olan Ülvi Həsənovun bildirdiyi məlumatda yalnışlıq var. Sizə bildirib ki, qızıl zəmanətlə alınıb, lakin təmir edilmir. Təmirin imtinası dəstəklənmir və uzun müddət servisdə qalıb. Əslində zəmanət daxilində smartfonun təmirini biz reallaşdırırıq, ancaq təmir edilməsindən müştəri özü imtina edib. Servisdə uzun müddət qalması da təmirdən imtina edilməsi deməkdir və bu məlumat müştəriyə dəfələrlə bildirilib”.Bizim.Media-yaскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...