Anons

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Haqqımızda Əlaqə

Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...

Tarix:8-01-2025, 17:18

Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR... Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə Suraxanı rayonuna hələ ı Əziz Əzizov başçııq etdiyi dönəmlərdə yazmışdıq. Burada o zaman hasara alınaraq ticarət məgsədi ilə tikinti işlərinə başlanılması barədə məlumatı ictimaiiyyətə çatdırmışdıq. Bir sıra aidiyyəti dövlət qurumlarına müraciət etmişdik. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərilən ünvanda tikinti işlərinin aparılmasına göz yumdu.

Məlum olduğu kimi Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 8 iyul 2024-cü ildən Prezident İlham Əliyevin Sərəncamı ilə başçı vəzifəsinə Adil Əliyev təyin edilib. Əldə etdiyimiz məlumatlara görə Adil Əliyev vəzifə başına keçər-keçməz Suraxanıda qanunsuz tikililərin sayı artıb. Məlumata görə o, başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılıb. Yəni. əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.

Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.

Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına israrlıdır.

Qehyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin kimlər tərəfindən başladıldığını öyrənməyə çalışdıq. Lakin heç bir məlumat əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, tikinti işlərinə Adil Əliyevin qeyri rəsmi tapşırığından sonra başlanılıb. Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək.

Aktualinfo.org
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...