Anons

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Haqqımızda Əlaqə

“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi -ARAŞDIRMA

Tarix:8-01-2025, 16:46

“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi -ARAŞDIRMA Lənkəranın icra başçısının adı qalmaqallı cinayət işində çəkilib.
Onun adını çəkən isə işçisi, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar işləmiş Elgün Abdullayev olub.
Hazırda həbsdə olan Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlinə görə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəməsində məlum olub ki, Lənkəranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisinə görə qeyri-rəsmi icazəni icra başçısı Taleh Qaraşov verib. Bunu Elgün Abdullayev özü təsdiq edib. Lakin sonra necə olubsa, Elgün Abdullayev bu sözlərini inkar edib.
Musavat.com xəbər verir ki, 2022-ci ildə həbs edilən Elgün Abdullayev əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, vətəndaşlardan qanunsuz tikililərə şərait yaratmaqla rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi.
Elgün Abdullayev həbsdə olan zaman onun daha bir cinayət əməli üzə çıxıb. Həmin cinayətə görə başqa-başqa şəxslər də məsuliyytə cəlb edilib, onlar arasında həbs edilənlər də var.
Əldə etdiyimiz məlumata görə, E.Abdullayev yaxın münasibətdə olduğu tanışı Hikmət Abbasova 3 mərtəbəli fərdi yaşayış evinin tikntisi üçün şərait yaradıb. Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadızadə adlı iş adamına məxsus olub. Amma Hikmət Abbasov və Hünər Hadızadə qeyd edilən torpaq sahəsində razılaşdırıldığı kimi 3 mərtəbəli yox, 7 mərtəbəli bina inşa ediblər.

“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi -ARAŞDIRMA

İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəlcədən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni şəhərsalmaya təqdim etməyərək qanunsuz olaraq tikintiyə başlayıblar. Tikinti davam edən ərəfədə müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar.
“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi -ARAŞDIRMA

Elgün Abdullayev
Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli imiş. Lakin rəyi poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib:
“Bəzən şəhərsalmaya göndərilən layihələr poçtda itirdi. Həm də vaxt itkisi var idi, xahiş etdi, ona görə də sənədi ona verdim. Belə hallar sadəcə 1-2 dəfə təkrarlanıb”.
Səhvinin bundan ibarət olduğunu deyən Elgün Abdullayev bildirib ki, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Amma H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib.
Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu görəndən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib. Amma onun tələbinə əməl edən olmayıb.
İcra başçısı Taleh Qaraşovun adı işin bu hissəsində dövrəyə girib. Belə ki, tikinti aparan Hikmət Abbasov icra başçısıdan razılıq aldıqlarını deyib.
“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi -ARAŞDIRMA

Taleh Qaraşov
“Hikmət dedi ki, ay Elgün, biz icra başçısı ilə işi həll etmişik, şəhərsalmadan da narahat olma. Amma mən şəhərsalma ilə əlaqə saxlayanda dedilər ki, belə bir layihə yoxdur. Mən də bu barədə icra başçısına məlumat verdim. İcra başçısı dedi ki, tikintiyə mane olmayın. Hikmətgilin şəhərəsalma ilə məsələni həll edəcəklərini dedi”.
Elgün Abdullayev bu icazənin icra başçısı ilə razılaşdırıldığını desə də, sonradan fikrini dəyişib. Ona bu fikir dəyişikliyi ilə bağlı sual da verilib. E.Abdullayev həmçinin layihənin şəhərsalmaya yox, şəxsən Hikmət Abbasova verilməsini icra başçısının tapşırdığını deyib. Bunu da sonradan inkar edib və belə bir icazə verib:
“Fikrimi düzgün ifadə etməmişəm. Başçı belə tapşırıq verməyib. Tikintiyə mane olmamağımla bağlı da heç nə söyləməyib”.
Elgün Abdullayevin burada ziddiyyətli ifadə verdiyi bir daha aşkar olub. O, icra başçısını məsuliyyətdən yayındırmağa çalışıb, həmçinin özünün də günahsız olduğunu deyib. Bildirib ki, tikintinin dayandırılması üçün icra başçısına məruzə edib. İcra başçısının birinci müavini tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edib. Bundan sonra FHN tərəfindən tikinti dayandırılıb. Amma sonradan tikinti yenidən davam etdirilib.
Buradan belə sual çıxır ki, Hikmət Abbasov və Hünər Hadızadə kim olub? Onlar kim olub ki, Elgün Abdullayevin, Şəhərsalma və Arxitektura Komitəsinin, icra başçısının birinci müavininin, Fövqəladə Hallar Nazirliyinin tikintini qadağan etməsi ilə bağlı rəsmi göstərişlərinə, qərarlarına əməl etməyib? Bütün xəbərdarlıqlara baxmayaraq, 7 mərtəbəli binanı tam inşa ediblər. Həm də bir neçə dəfə tikinti dayandırıldığı halda.
Düzdür, Hikmət Abbasov və Hünər Hadızadə də məsuliyyətə cəlb ediliblər. Amma onlara bu özbaşınalığı davam etdirməyə şərait yaradılıb.
Bu işdə diqqət çəkən əsas məqam isə bu qədər ağır bir cinayət işində icra başçısı Taleh Qaraşovun adının çəkilməsinə baxmayaraq, dindirilməməsidir. Çünki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsinə birbaşa göstərişi verən şəxsin məhz başçı Qaraşov olduğunu demişdi. Amma Qaraşov nə istintaqda, nə də məhkəmədə dindirilib.
Qeyd edək ki, E.Abdullayev bu cinayət əməlini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əvvəlki cəzası ilə qismən toplanmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hikmət Ababsov və Hünər Hadızadənin cinayət əməlləri və icra başçısı ilə əlaqələri barədə növbəti yazıda ətraflı məlumat dərc edəcəyik.

Yenixeber.orgскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...