Anons

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Haqqımızda Əlaqə

Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı

Tarix:8-01-2025, 15:49

Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı Dünyanın ən çox oxunan və tanınan biznes jurnallarından biri olan “Forbes”, Azərbaycanda texnoloji yeniliklərlə bağlı araşdırmasında Veysəloğlu Şirkətlər Qrupunun təcrübəsinə müraciət edib. Bu çərçivədə jurnal, “Veysəloğlu”nun tanınmış beynəlxalq brendlərlə əməkdaşlığına və tətbiq etdiyi texnoloji yeniliklərə geniş yer ayırıb.

Məqalənin girişində qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda aparıcı işəgötürənlərdən biridir:

“Şirkətlər Qrupu bazara daim beynəlxalq təcrübələri, yeni məhsul və markaları təqdim etməyə üstünlük verir. Dünyaca məşhur Rossmann, SPAR və Entree ilə əməkdaşlıq bu qəbildəndir”.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, “Forbes” jurnalına verdiyi eksklüziv müsahibəsində Şirkətlər Qrupuna aid olan “Araz”-ın SPAR şəbəkəsini françayzinq hüququ ilə idarə edərək yerli sahibkarlar üçün yeni biznes imkanları yaratdığını izah edib:

“Azərbaycanda SPAR brendi ilə mağaza açmaq istəyən sahibkarlara, biznes planının hazırlanmasından mağazanın açılışına kimi bütün mərhələlərdə təcrübəli Araz mütəxəssisləri tərəfindən dəstək göstərilir. Eyni zamanda, müxtəlif müstəqil yerli sahibkarlara məxsus pərakəndə mağazalar SPAR beynəlxalq standartlarından və Araz təcrübəsindən yararlanaraq məhsulları daha münasib qiymətə və sərfəli şərtlərlə təqdim edə bilərlər”.

Məqalədə qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu biznes peşəkarlığının artırılmasına, rəqabətədavamlı faydalar yaratmağa və insan resurslarını saxlamaq üçün müsbət iş yeri mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirir.

Aydın Talıbov vurğulayıb ki, müasir tələblərə cavab vermək üçün Veysəloğlu Şirkətlər Qrupu bir sıra ERP həlləri tətbiq edib. Bu istiqamətdə əsas diqqət SAP layihələrinə yönəldilib:

“Qrupa məxsus SAP portfelinə satış, satınalma, maliyyə, logistika, insan resursları, anbar idarəetməsi və pərakəndə həlləri kimi 30-dan çox modul daxildir. Bundan əlavə, SAP F&R (Proqnozlaşdırma və Doldurma) tətbiqi inventar idarəetməsini təkmilləşdirib, mağazalarda optimallaşdırılmış doldurma proseslərini və pərakəndə biznes üçün ümumi təchizat zəncirinin səmərəliliyini artırıb. SAP aATP-dən istifadə etməklə Veysəloğlu Şirkətlər Qrupu real vaxt rejimində əlçatanlığa nail olub, tələbin daha dəqiq proqnozlaşdırılmasına və anbarın səmərəli doldurulmasına imkan verib. Bu da optimal ehtiyat səviyyələrini təmin edir və əməliyyat xərclərini azaldır. Nəticədə, SAP həlləri tətbiq olunan bütün biznes sahələrimizdə proseslər avtomatlaşdırılıb”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...