Anons

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Haqqımızda Əlaqə

Ramik Əşrəfov və Nəsimi Nəsibov cütlüyü niyə Muxtar Babayevi gündəmə gətirir?

Tarix:8-01-2025, 10:27

Ramik Əşrəfov və Nəsimi Nəsibov cütlüyü niyə Muxtar Babayevi gündəmə gətirir?

Ramik Əşrəfov və Nəsimi Nəsibov cütlüyü niyə Muxtar Babayevi gündəmə gətirir?


Ötən il respublikamızda keçirilən COP 29 tədbiri digər ölkələrdən həm təşkil olunmasına həm də qəbul olunan qərarlar və nəticəyə görə fərqlənirdi.Bu tədbirin bir qədər də möhtəşəm alınmasının səbəbi COP29-un prezidenti Muxtar Babayevin bacarıq və qabiliyyətinin birbaşa nəticəsi idi.

Amma çox təəssüflər olsun ki, hörmətli nazirimiz beynəlxalq arenada göstərdiyi uğurlu fəaliyyəti rəhbərlik etdiyi nazirlikdə sərgiləyə bilmir.Bu faktı redaksiyamıza 11 saylı RMTM-dən daxil olan məlumatlar da təsdiq edir. Redaksiyamızı bilgiləndirən mənbənin verdiyi məlumata görə son bir ildir ki, Ramik Əşrəfov ETSN-nin Meşə təsərrüfatı departamentinə xidmət rəisi vəzifəsinə gətirilib.
Bu şəxs vəzifəyə gətirilən kimi bunun ilk hədəflərindən biri regional meşə təsərrüfatlarının rəhbərlərini dəyişmək oldu. Belə ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovu yanına çağıraraq onun gah İsmayıllı meşələrinə göndərməyi təklif etdi yada ki. ərizəsini yazıb işdən uzaqlaşmasını ona təkidlə bildirdi. Ramik Əşrəfov bu vəzifəyə(11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə) öz yanında fırlanan “quyruqbulayanı”nı göndərmək istəyirdi. Mənbənin bildirdiyinə görə bu məqamda Nəsimi müəllim daha çevik davranaraq müavini Ağayev Rahibin vasitəsilə Ramik Əşrəfovun avantürasına son qoyur. Belə ki, nazir müavini Vüqar Kərimovla dost olan Rahib Ağayev öz müdiri Nəsiminin yerində qalmasını təmin edərək Ramik Əşrəfovun “quyruqbulayanı”nın oraya gəlişinə “stop “qoydurur”
Elə hər şey bundan sonra başlanır.
Nəsibovu vəzifəsindən uzaqlaşdıra bilməyən departamentin xidmət rəisi 11 saylı MRTM-ə ardıcıl yoxlamalar göndərməyə başlayır.Bu məqamda Ramik Əşrəfovun “quyruqbulayanı” dövriyyəyə girir və Ramiklə Nəsiminin arasının düzəltməyə başlayır. Bu “aradüzəltmə” əməliyyatı isə Masallı regionalın Cəlilabad və Göytəpə meşəbəyliyinə çox baha-başa gəlir. Hörmətli oxucular, sizə təqdim etdiyimiz qırıntılar Cəlilabad meşəbəliyinin 8,9 saylı və Göytəpə meşəbəliyinin 11,12,13a 14 saylı dolayılarında lentə alınıb.
8 saylı dolayın gözətçisi Əsmətov Zahid, 9 saylı dolayın gözətçisi Əsmətov Əlsahib, 11 saylı dolayın gözətçisi Salayev Rafiq, 12 saylı dolayın gözətçisi Salayev Xaləddin, 13a dolayın gözətçisi Ağayev Habil, 14 saylı dolayın gözətçisi isə Seyfullayev İbadətdir.
Eyni zamanda 8.9.11 saylı dolaylarda əkin sahələri olmağına baxmayaraq əkindən əsər-əlamət yoxdur.
11 saylı RMTM-də problemlər bununla bitmir.Masallı regionalın direktoru N.Nəsibov departamentin xidmət rəisi R.Əşrəfovu və onun “quyruqbulayanı”nı razı salmaqdan ötrü dəridən qabıqdan çıxır. Bu da son nəticədə meşələrin keçəlləşməsinə səbəb olmaqla yanaşı, nazirin apardığı “Yaşıl Dünya” siyasətin əksinə olaraq “Yaşıl soyqırım’a vəsilə olur./ayaletmedia.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...