Anons

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

Haqqımızda Əlaqə

Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL

Tarix:26-12-2024, 16:44

Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri geniş müzakirə olunur. Müxtəlif versiyalar arasında texniki nasazlıq, həmçinin bu markadan olan təyyarələrin keyfiyyəti də müzakirə mövzusudur. Bəs, mütəxəssislər bu barədə nə düşünür? Əgər qəza texniki nasazlıq səbəbindən baş veribsə, buna görə istehsalçı şirkət məsuliyyət daşıyırmı? Bu versiya təsdiqlənərsə, Braziliya şirkəti Azərbaycana kompensasiya ödəyəcəkmi?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən pilot Bayram Muxtarov bildirib ki, qəzaya uğrayan “Embraer 190” təyyarəsinin göstəriciləri müasir standartlara uyğundur:
"“Embraer 190”lar 5-ci nəsil təyyarələrdir. Bu təyyarə, demək olar ki, ən müasir sistemlər və avadanlıqlarla təchiz olunub. Kosmosa uçan raketlərdə belə son məqamlarda problemlər baş verə bilər. Ancaq mənim bildiyim qədər bu, çox müasir təyyarədir. Hazırda istehsalçılar da araşdırma prosesində iştirak edirlər. Səbəb hər şey ola bilər, metalların xəlitəsindən tutmuş digər məsələlərə qədər bir çox amillər qəzaya səbəb ola bilər. Mənim bildiyim və gördüyüm qədərilə, bu qəzada insan faktoru mövcud deyil. Bizim pilotlar böyük qəhrəmanlıq göstəriblər. Bütün dünya bunu yazacaq və təqdir edəcək.
Təyyarədə problem varsa, əlbəttə, istehsalçı şirkət kompensasiya ödəməlidir. Çünki söhbət milyonlarla manat qiyməti olan təyyarədən gedir. Müqavilələrdə də bununla bağlı maddə olur”.
Hüquqşünas Qaya Əliyev də mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, istənilən mülki və maddi məsuliyyət təqsirlə əlaqədardır:
Bakupost.az
“Təbii ki, aviasiyada daşıma şirkətlərinin belə qəzalarla bağlı maddi məsuliyyəti mövcuddur. Lakin təqsir başlıca şərtdir. Burada hadisənin bütün detalları araşdırılmalıdır. Rəsmi mənbələrə istinad edilməlidir. Rəsmi araşdırmalardan sonra müəyyən olunmalıdır ki, bu qəza obyektiv hallar , yoxsa aviasiya şirkətinin hansısa ehtiyatsızlığı və ya texniki nasazlığı nəzərə almaması nəticəsində baş verib".
Q.Əliyevin sözlərinə görə, istehsalçı şirkətin məsuliyyəti yalnız təyyarənin zavod qüsuru nəticəsində qəza baş verdikdə gündəmə gəlir:
“Yəni istehsal zamanı yaranmış və nəzərə alınmamış hər hansı təhlükəsizlik boşluğundan baş verən qəzalarda məsuliyyət istehsalçı şirkətə aid edilə bilər.
Amma əgər təyyarənin istehsalı zamanı hər hansı qüsur, texniki çatışmazlıq və ya təhlükəsizlik boşluğu olmayıbsa, lakin sonradan təyyarəyə düzgün texniki qulluq göstərməyibsə, burada təyyarəni istehsal edən zavodun nöqsanlarından danışmaq mümkün deyil".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...