Anons

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Haqqımızda Əlaqə

“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi? -DE-FAKTO

Tarix:19-12-2024, 13:02

“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi? -DE-FAKTO

“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi? -DE-FAKTO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynovun kurasiya etdiyi tikinti biznesində problemlər yaranıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Asiman Hüseynovun qardaşı Ramal Hüseynovun inşa etdirdiyi yaşayış binalarını təftiş edir.
Bu barədə mötəbər mənbədən əldə etdiyimiz məlumatda deyilir.
Məlumata görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynov qurumun "qara kassası" olmaqla yanaşı, eyni zamanda yaxın ətrafına tikinti sektorunda "yaşıl işıq" yandırıb.
Asiman Hüseynovun səlahiyyətlərindən yararlanaraq dəstək verdiyi, tikinti biznesinə cəlb etdiyi şəxslərdən biri də qardaşı Ramal Hüseynov olub.
Ramal Hüseynovun əsasən Bakının Nizami rayonunda bina tikintisi ilə məşğul olduğu bildirilir.
Belə ki, şəhərin ən prestijli yerlərindən olan Qara Qarayev metrosu ətrafında Hüseynovlar qardaşlarına məxsus çoxsaylı yaşayış binalarının olduğu, lakin bu binaların bəzilərinin tikinti zamanı sahəni artırmaq məqsədi ilə normativ qaydalardan kənara çıxdığı vurğulanır.
Ramal hüseynovun inşa etdirdiyi yaşayış binalarında faktiki sahənin sənədlərdə əksini tapmadığı, əldə edilən gəlirlərin vergisinin dövlətdən gizlədildiyi iddia edilir.
Ramal Hüseynovun bu illər ərzində Nizami rayonunda tikib satdığı binalardan on milyonlarla manat qazandığı vurğulanır.
Bakı şəhərinin Baş Planının təsdiq edilməsindən sonra paytaxtda aparılan yeni yaşayış binalarının yoxlanışı zamanı Ramal Hüseynovun tikdirdiyi binalarda qanun pozuntusunun aşkarlanıb.
Qeyd edək ki, Asiman Hüseynov Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "qara kassası" hesab edilir. Onun adı bir neçə il öncə Bakıda fəaliyyət göstərən çörək zavodunun sahibindən 100 min manat rüşvət tələb etməkdə hallanmışdı.
Məlumatda qeyd edilir ki, Asiman və Ramal Hüseynov qardaşları tikinti bizneslərində aparılan yoxlamalara görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə müxtəlif kanallar vasitəsilə çıxmağa çalışsalar da, hələ ki, buna nail ola bilməyiblər.
Onu da qeyd edək ki, Hüseynovlar qardaşlarının İsmayıllı, Xaçmaz və Quba rayonlarında xeyli sayda mülklərinin olduğu da məlumatlar sırasında yer alır.(azfakt.com)
Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mövqe öyrənə bilmədik.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...