Anons

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Haqqımızda Əlaqə

AYNA-nın “qoçusu” qurumu “bitirdi” – Rəhbərlik YOLA SALINIR

Tarix:10-10-2024, 11:12

AYNA-nın “qoçusu” qurumu “bitirdi” – Rəhbərlik YOLA SALINIR Nə başınızı ağrıdaq, bu AYNA-nın söz-söhbəti, özbaşınalıqları, qalmaqalları bitmir ki, bitmir… Qurumdakı “ayna” kimi şəffaflıqdan əsər-əlamət qalmayıb. Ancaq qaranlıq işlər, qanunsuz əməllər, şəxsi mənafe, çoxlu pul qazanmaq hərisliyi, deyəsən, AYNA-nı “bitirəcək”.

AYNA-nın Tarqovıda parkinqlərə nəzarət edən əməkdaşı Ramin Əliyevin reketçilik hərəkətləri ilə bağlı İnterpress.az-ın silsilə yazılarından sonra AYNA rəhbərliyi tədbir görmək əvəzinə, işçilər arasında ikitirəlik yaradıb.

Ramin Əliyevin “yağlı tikə” hesab etdiyi Tarqovıda sürücüləri aylıq “tas”a otuzdurması AYNA əməkdaşları tərəfindən narazılığa səbəb olsa da, AYNA rəhbəri Anar Rzayev tərəfindən müsbət qarşılanıb. Anar Rzayev burada bir qəbahət görməyib və hətta qurumun mətbuat xidmətinin rəhbəri Tural Orucov da onu dəstəkləyib.

Son aldığımız məlumatlara görə, buna görə Anar Rzayev yuxarılarda çox ciddi danlanıb və töhmət alıb. Lakin bütün bunlara baxmayaraq Anar Rzayev geri addım atmaq istəmir, yəni Ramin Əliyev barədə heç bir tədbir görmür.

A.Rzayev hesab edir ki, Ramin Əliyevi işindən kənarlaşdırsa, medianın dilinə düşəcək və qurumda həqiqətən də özbaşınalıqların olduğu medianın “ayna”sında üzə çıxacaq.

Lakin Anar Rzayevin “yuxarı baxıram bığdı, aşağı baxıram saqqal” prinsipi öz əleyhinə işləyib. Etibarlı mənbələrdən aldığımız məlumata görə, AYNA rəhbəri Anar Rzayev yola salınır, yerinə onun sədr müavini Anar Səmədovun gələcəyi gözlənilir.

Ölkə rəhbərliyi bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbir ərəfəsində qanunsuzluqlara yol verən, sabotaj yaradan və adı qalmaqallarda hallanan belə bir qurum rəhbəri ilə işləmək istəmir.

AYNA sədrinin özbaşınalığı, əməkdaşlarının qanunsuz hərəkətləri, bəzilərinin tərbiyəsizlikləri artıq heç bir çərçivəyə sığmır və bütün bunlar AYNA-nın yox, ölkə rəhbərliyinin, dövlətin adına yazılır, hamı dövləti günahlandırır, bütün problemlər dövlətin üzərinə yıxılır. Buna görə də ölkə rəhbərliyi məsələni kökündən həll etmək üçün AYNA sədri ilə yollarını ayırmaq qərarına gəlib.

Anar Rzayev “sirkəni nə qədər tünd etməyə çalışdısa, yenə də öz başında sındı”. Ramin Əliyev “sevgisi” onun rəhbərliyini sona gətirdi.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...