Anons

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Haqqımızda Əlaqə

Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR

Tarix:26-09-2024, 19:58

Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR Səbail rayonunda Gülbala Əliyev küçəsidir bura. Bir qrup makler doluşub Bayıl ərazisinə, xüsusən də "Akapen" deyilən əraziyə, vur-hay ev tikib satırlar. Özü də, Səbail rayon İcra Hakimiyyətinin və SOCAR-ın gözünün qabağında hər gün bir ev tikirlər. Təsəvvür edin ki, səhər işə gedəndə görürəm yeri qazırlar, axşam qayıdanda görürəm ki, artıq 3 otaqlı ev tikilib, üstü də bağlanıb. Diqqət etsəniz görəcəksiniz ki, evlər neft quyusunun düz 10 metrliyində tikilib. Əvvəldən tikilənlər heç, bu fotodakılar cəmi bir neçə ayın, üstü və yanı uçulanlar isə bir neçə günün evləridir.

Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR

Bura bataqlıq idi, qamış basmışdı. Həbsdən yeni çıxan makler və onun bandası buranı cəmi bir ilə şəhərciyə çevirdi. Bir qat kərpicdən bataqlıqda ev tikib satırlar. Artıq bəzi evlərdə yaşayış var. Dəhşətlidir. Bu evlərdə birazdan çatlar yaranacaq, evi həşərat basacaq.
SOCAR yekə-yekə danışırdı ki, qanuna görə neft kəmərlərinin və neft quyularının yanında ev tikə bilməzlər.
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR

Bir neçə il öncə valideynlərimin yaşadığı Bayıl dərəsindəki evlər sürüşməyə görə köçürüldü. Mən də bu "Akapen" deyilən ərazidən 3 sot torpaq aldım ki, onlara ev tikdirim. SOCAR-ın Bibiheybət NQÇİ-nin Nehrəmdən olan rəisi özünü ən pis yollara qoyub dirəndi ki, olmaz, qanun imkan vermir. Məsafə olmalıdır və sair və ilaxır. Çox bezdirdilər, tikə bilmədim. Sonra torpaqlarımız işğaldan azad olundu, mən də həmin ərazini satdım ki, bir-iki ilə valideynlərim Zəngilana qayıdacaq zatən, neynirəm əlavə evi.
Bir də gördüm satdığım torpaqda iki dənə ev tikib satdılar.
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR

Ay SOCAR, bəs qanun icazə vermirdi? Yenə burada uzaq məsafə var idi, 200 metrdən çox idi. İndi fotoda gördüyünüz evlərlər neft quyusunun arasındakı məsafə heç 10 metr deyil. Adamın ağzının içində qanunu pozurlar, sən də gəlib şou göstərib evin bir qismini söküb gedirsən. Üstündən bir neçə gün keçir, SOCAR-ın baş ofisinə şəkil çəkib atırsan ki, sökdüm. Vəssalam. Sonra maklerə göz-qaş edirsən ki, get tik. Belə söküntüləri 365 dəfə görmüşük ay zavallı SOCAR.
Nəysə ki, hansısa məmurun adından istifadə edib SOCAR-ı da, Səbail rayon İcra Hakimiyyətini də divara dirəyib dayanmadan ev tikirlər. Özü də, məmurun özünün yox ha, qardaşının adı gələndə hamısı mil kimi dayanır...

Elməddin Muradlı
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR
Maklerlər SOCAR-ı və Səbail RİH-i necə fırladır? - FOTOLAR

Avtosfer.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...