Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) artıq özünün fəaliyyəti ilə Ziya Məmmədov dövrünün Nəqliyyat Nazirliyini də geridə qoyub. Söhbət narazılıqlara nədən olmaqdan gedir. Fakt budur ki, bu gün AYNA rəsmən etirazlara stimul yaratmaqdadır.
Dia-az.İnfo olaraq AYNA-nın necə işlədiyini əks etdirən növbəti faktı təqdim edirik. Bu dəfə tanınmış jurnalist Rəsul Mirhəşimliyə istinad edəcəyik. Jurnalist bu gün elə səhər saatlarında müşahidə etdiklərini paylaşıb:
"Bu səhər AYNA-nın əməkdaşları "Riyad" Ticarət Mərkəzindəki dayanacaqda reyd keçirirdi.
Sumqayıtdan sərnişin daşıyan avtobus və şəxsi avtomobilləri cərimələyirdilər...
199 nömrəli sərnişin avtobusu 25 dəqiqədən sonra gəlib çıxdı, sərnişinlərin AYNA-nın əməkdaşlarına şikayətinə müdrikcəsinə susdular..."
199 nömrəli sərnişin avtobusunun kimə aid olduğunu, AYNA-nın bu barədə nədən "çarəsiz" göründüyünü müəyyən etmək olar. Amma vacib deyil ki hansı məmurun və yaxud da iri oliqarxındır. Vacib olanı odur ki, AYNA məhz qeyd etdiklərimizin maraqlarını güdür... vəzifə borcu hesab olunan vətəndaş marağını deyil.
Qeyd edək ki, Rəsul Mirhəşimli başına gələnləri son olaraq bir cümlə ilə - AYNA rəhbərliyinə xitabən belə şərh edib: "Sərnişinlərin "rahatlığı" üçün beləcə davam edin!"
Dia-az.İnfo