Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 14:30- UNEC-in müəllimi ilə biznesmen 800 minlik qalmaqallı mənzilə belə sahiblənib-VİDEO

Bu gün, 13:20- “Kristal Abşeron”da özbaşınalığın NÖVBƏTİSİ... - qarajın qiyməti qaldırıldı

Bu gün, 08:59- Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

29-06-2024, 16:24- Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

29-06-2024, 15:15- Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

29-06-2024, 14:26- Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

29-06-2024, 13:24- Rus dili müəllimləri də NARAZILIQ EDİR... - SƏN DEMƏ...

29-06-2024, 12:58- Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY

29-06-2024, 12:15- Zaur Mikayılov dövlət qurumunu ata mülkü kimi idarə edir -VİDEO

29-06-2024, 10:00- "Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

29-06-2024, 09:43- Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçdi – İş adamı Şeyxə qarşı – İDDİA

28-06-2024, 19:36- Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

28-06-2024, 19:10- 1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... – “ALATAVA-2 AVTONƏQLİYYAT”LA BAĞLI QALMAQAL BÖYÜYÜR

28-06-2024, 18:32- Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….

28-06-2024, 16:39- Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

28-06-2024, 16:12- Deputat Ağalar Vəliyevin şirkəti vətəndaşları etiraza sürükləyir -“Kristal Abşeron”dan ev alanlar təşkilatlandılar

28-06-2024, 15:44- MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı - Təcili

28-06-2024, 14:17- Onları 13 min manatadək cərimə gözləyir

28-06-2024, 13:43- Qarabağ Universitetində yeni təyinat - Foto

Haqqımızda Əlaqə

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır - BU NƏDİ BELƏ?!

Tarix:28-06-2024, 13:14

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır - BU NƏDİ BELƏ?! Sosial şəbəkədə yayılan bu görüntülər Yardımlıda, Hamarkənd meşələrində çəkilib.

Bakupost.az xəbər verir ki, görüntülərdən kənd sakinlərinin atla meşədən odun daşıdıqları aydın olur.
Buna səbəb Hamarkəndin hələ də qazlaşdırılmamasıdır. Kənddə qaz olmadığı üçün yerli sakinlər il boyu yemək bişirmək, qışda isə isinmək üçün odun sobalarından istifadə edirlər.
Hamarkənd rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşir. Rayona və ətraf kəndlərə qaz çəkilsə də, illərdir qısa məsafənin qət edilib Hamarkəndin qazlaşdırlması problemi həll olunmur.
Onu da qeyd edək ki, Milli Məclisdə Hamarkənddə doğulan iki millət vəkili - Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və tarixçi professor Musa Qasımov təmsil olunurlar.
Kəndin qazlaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırılıb.
Sonuncu dəfə isə millət vəkili Sabir Rüstəmxanlı ötən ilin axırlarında Hamarkəndə qaz çəkilməsi xahişi ilə Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müracətdə qeyd olunurdu ki, bir müddət öncə ətraf kəndlər qazlaşdırılsa da, indiyədək Hamarkəndə qaz xətti çəkilməyib.
O zaman millət vəkilinin müraciətinə müsbət cavab verilmişdi. Məsələ ilə bağlı "Azəriqaz"dan göndərilən cavab məktubunda bildirilirdi ki, Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilib və tezliklə kənd sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.
Ancaq artıq 2024-cü ilin 6 ayı geridə qalıb. Lakin bu il Hamarkənd sakinlərinin qaz probleminin həll ediləcəyinə dair heç bir işartı, tərpəniş görünmür. Sakinlər yayın istisində, payızın yağışlı, palçıqlı günlərində meşədən odun daşımaq məcburiyyətində qalırlar.
Görəsən, Hamarkənd sakinlərinin bu əzab-əziyyətinə nə vaxt son qoyulacaq?скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...