Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 14:30- UNEC-in müəllimi ilə biznesmen 800 minlik qalmaqallı mənzilə belə sahiblənib-VİDEO

Bu gün, 13:20- “Kristal Abşeron”da özbaşınalığın NÖVBƏTİSİ... - qarajın qiyməti qaldırıldı

Bu gün, 08:59- Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

29-06-2024, 16:24- Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

29-06-2024, 15:15- Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

29-06-2024, 14:26- Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

29-06-2024, 13:24- Rus dili müəllimləri də NARAZILIQ EDİR... - SƏN DEMƏ...

29-06-2024, 12:58- Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY

29-06-2024, 12:15- Zaur Mikayılov dövlət qurumunu ata mülkü kimi idarə edir -VİDEO

29-06-2024, 10:00- "Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

29-06-2024, 09:43- Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçdi – İş adamı Şeyxə qarşı – İDDİA

28-06-2024, 19:36- Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

28-06-2024, 19:10- 1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... – “ALATAVA-2 AVTONƏQLİYYAT”LA BAĞLI QALMAQAL BÖYÜYÜR

28-06-2024, 18:32- Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….

28-06-2024, 16:39- Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

28-06-2024, 16:12- Deputat Ağalar Vəliyevin şirkəti vətəndaşları etiraza sürükləyir -“Kristal Abşeron”dan ev alanlar təşkilatlandılar

28-06-2024, 15:44- MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı - Təcili

28-06-2024, 14:17- Onları 13 min manatadək cərimə gözləyir

28-06-2024, 13:43- Qarabağ Universitetində yeni təyinat - Foto

Haqqımızda Əlaqə

Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO

Tarix:28-06-2024, 12:39

Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO Bakıətrafı ərazilərdə qanunsuz həyət evləri və yaşayış binalarının tikintisinin qarşısının alınması üçün dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, hələdə bu işlə məşğul olan ciddi şəbəkələr iş başındadırlar.

Son illər qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı məntəqələrdən birinin məhz Abşeron rayonu Masazır qəsəbəsinin olduğunu deyə bilərik.
Xalqxeber.az-ın əldə etdiyi məlumatda bildirilir ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı həmin ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.

Xalqxeber.az xəbər verir ki, “göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Abşeron RİH-nin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən gizlin həyata keçirilir.
Aparılan araşdırmamızda məlum oldu ki, hazırda “göl” adlı ərazidə ümumilikdə 100-dən çox həyət evi qanunsuz olaraq tikilərək kredit şəklində satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir.

Xalqxeber.az-ın əldə etdiyi məlumata görə, qanunsuz həyət evlərinin tikintisi Xəyal Məmmədli və Elçin adlı şəxslər tərəfindən aparılır. Bildirək ki, ərazinin torpaq sahəsi vətəndaş Allahverdi Axundov adlı şəxsə məxsus olsada, Xəyal Məmmədli bütün qanunları tapdalayaraq qanunsuz evlər tikərək, onları kredit şəklində satışını həyata keçirir. Artıq məsələ ilə bağlı vətəndaş Allahverdi Axundov məhkəməyə müraciət edib.

Araşdırmamız nəticəsində məlum oldu ki, qanunsuz evlər tikərək satan və özünü iş adamı kimi təqdim edən, Xəyal Məmmədlinin himayədarlarından biri hal-hazırda Sumqayıt şəhərində dövlət qurumlarından birinin rəhbəri vəzifəsində işləyir. Həmin məmurun kimliyi saytımıza məlum olmasına baxmayaraq, məsələ ilə bağlı araşdırmadan sonra oxucularımıza təqdim edəcəyik.

Qeyd edək ki, həmin ərazilərdə tikilən evlərin heç birinə dövlət tərəfindən mülki çıxarış (kupça) verilməyəcəyi bildirilir. Ancaq Xəyal Məmmədli vətəndaşların inamını və etibarını qazanmaq üçün Abşeron Su idarəsi və "Azərişıq" ASC Abşeron idarəsi ilə hansısa yollarla əlaqə yaradaraq, qanunsuz tikdikləri evlərə işıq və su sayğacları quraşdırtdırıb. Məhz işıq və su sayğacına inanan vətəndaşlar isə Xəyal Məmmədlinin tələsinə düşərək qanunsuz tikilən evləri kredit şərti ilə alırlar.

Bildirək ki, məsələyə Dövlət Vergi Xidmətidə qiymət verməlidir. Çünki Xəyal Məmmədlinin qanunsuz tikərək kredit şərti ilə satdığı 100-dən çox evin vergisini dövlətə verib vermədiyi araşdırılmalıdır.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO
Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO
Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO
Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...