Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 11:51- “OMİD” ümidləri belə qırır -İLGİNC

Bu gün, 11:02- Tanınmış şair-publisist, iş adamı Gülağa Tənha Rza Talıbov haqqında yeni şokedici açıqlamalar verdi

Bu gün, 10:10- Xaçmaz meşələrində ekoloji terror, 100-ə yaxın ağac kəsildi – VİDEO

Bu gün, 09:43- Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... - Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?..

Bu gün, 09:14- Azərbaycan Polisi 106 YAŞINDA

Dünən, 20:06- Nazirlik rəsmisi ətrafa tullantı atanlara çağırış etdi

Dünən, 19:30- “Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək…”

Dünən, 18:20- Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir? - TƏFƏRRÜAT

Dünən, 17:46- “İstanbul Meyhane Bilgəh”dən narazılıq - Əlavə pullar alınır (FOTO)

Dünən, 17:24- Kardiologiya İnstitutunda özbaşınalıq: direktor nazirin əmrini heçə sayır?

Dünən, 17:00- Prezident cari ilin büdcəsinə dəyişiklikləri təsdiqlədi

Dünən, 16:39- “AzGerneft” vətəndaşa NECƏ PROBLEM YARADIR... - Prezidentə müraciət olundu

Dünən, 16:00- Aktrisadan SƏRT REAKSİYA: “Bunlar bir-biri ilə necə ailə qura bilər axı?”

Dünən, 15:38- Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub – XƏSTƏXANANIN İŞÇİSİNDƏN ŞOK İDDİA

Dünən, 14:30- UNEC-in müəllimi ilə biznesmen 800 minlik qalmaqallı mənzilə belə sahiblənib-VİDEO

Dünən, 13:20- “Kristal Abşeron”da özbaşınalığın NÖVBƏTİSİ... - qarajın qiyməti qaldırıldı

Dünən, 08:59- Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

29-06-2024, 16:24- Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

29-06-2024, 15:15- Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

Haqqımızda Əlaqə

Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...

Tarix:29-06-2024, 16:09

Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir... “Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Azad Vətən Partiyasından təxminən 25 nəfərin namizədliyini irəli sürməyi düşünürük. Amma sonralar bu rəqəm arta və ya azala bilər. Bir neçə gün ərzində seçki dairələrində şanslarımızı, namizədlərin istəklərini və digər məsələləri nəzərdən keçirib yekun qərarımızı verəcəyik. Mənim namizədliyim Ağdamdan, Qarabağın istənilən digər bölgəsindən, həmçinin Bakının rayonlarından da verilə bilər. Bəzi bölgələrdən namizədliyimlə bağlı dəvətlər də var”.

Bunu Moderator.az-a açıqlamasında parlamentə növbədənkənar seçkilərə hazırlıqdan bəhs edən Azad Vətən Partiyasının sədri Akif Nağı söyləyib.

“Seçkilərə ciddi hazırlaşmışıq, partiya olaraq iştirak edəcəyimiz ilk seçkilərimizdi, iddiamızı və gücümüzü ortaya qoyacağıq. Parlamentdə ciddi dəyişikliklərin, yeniliklərin olacağına inanırıq. Hesab edirik ki, bu seçkilər qalib dövlətin parlament tarixində dönüş nöqtəsi olacaq və dövlətimiz, millətimiz üçün xeyirli-uğurlu olacaq”, - deyə davamında partiya lideri diqqətə çatdırıb.

***

Dia-az.İnfo-dan: Qeyd edək ki, Akif Nağı bu vaxta qədər özünün şübhəli mövqeyi ilə dəfələrlə diqqət çəkib. Onun Azərbaycan dövlətçiliyini aşkar surətdə həzm edə bilməyən rəsmi Tehran tərəfindən gül-çiçəklə qarşılanması da unudulmayıb.

Bui bir yana.... Əsas olanı isə Akif Nağının bu gün uğrunda milyonların canını fəda etməyə hazır olduğu BÜTÖV AZƏRBAYCAN - BÖYÜK AZƏRBAYCAN ideyasına ironik və təhlükəli formada yanaşması faktıdır ki, bu da zamanında cəmiyyətimiz tərəfindən qıcıqla qarşılandı.

Dia-az.İnfo xatırladır ki, o zamanlar Qarabağ Azadlıq Təşkilatının sədri kimi təqdim olunan Akif Nağının Bütöv Azərbaycanla bağlı fikirləri cəmiyyətdə ciddi narazılıq doğurmuşdu.

QAT sədri Bütöv Azərbaycan ideyasını bədnam "Böyük Ermənistan"la eyniləşdirərək bunları demişdi:

"Hesab edirəm ki, bu, hətta zərərli bir ideyadır. Ermənilər 300 ildir "Böyük Ermənistan" ideyası ilə əziyyət və zülm çəkirlər, başlarına bəlalar gəlir, amma heç nəyə də nail ola bilmirlər. Vaxtında katolik kilsəsi tərəfindən Böyük Ermənistan ideyası ilə Türkiyə və İrana qarşı ermənilərdən istifadə olunub.

Bütöv Azərbaycan ideyası isə Rusiya KQB-si tərəfindən 1945-ci ildə ortaya atılıb".

İndi isə BÜTÖV AZƏRBAYCAN məfkurəmizi erməni xəstəliyi ilə eyni tutan birisi özünə Azərbaycanın MİLLİ Məclisində yer axtarır... və hətta daha da irəli gedərək əmin açıqlamalar verir ki, sanki xalq arasında nüfuzluy birisidir...

Hər halda, önəmli olanı kimin nəyi necə deyəcəyi, hansısa böyük xəyalllara düşəcəyi yox, Akif Nağı kimilərinə yerinin göstərilməsidir ki, bu da 1 sentyabrda MÜTLƏQ BAŞ VERƏCƏK...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...