Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 13:33- Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI

Bu gün, 12:47- Onlar da YAP-ın namizədləri olacaq - İDDİA

Bu gün, 12:13- “Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... - 1,7 milyonluq xalis zərər

Bu gün, 11:29- Teleqramda saxta səhifələr yaradılıb - XƏBƏRDARLIQ

Bu gün, 10:51- `Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... - "Buna da şükür edək..."

Bu gün, 08:49- Rusdilli dövlət bankımız Xankəndini Stepanakerd kimi də tanıyır - BU NƏDİ BELƏ?!

Dünən, 16:59- 50 manatlıq ucuzlaşma çörəyə təsir edəcək? - AKTUAL

Dünən, 16:32- Elm və Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir? - EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT...

Dünən, 15:49- Nazirlik də İmişli RİH-ə SÖZ KEÇİRƏ BİLMİR... - AXI NİYƏ?

Dünən, 15:35- Rusiya Ermənistanla Azərbaycanın NATO sammitinə dəvət olunmasından narahatdır

Dünən, 14:40- Əliyevlə Putinin görüşü keçirilir

Dünən, 13:44- Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Dünən, 13:02- BU NƏDİ BELƏ: AHİK-də 50 milyonluq korrupsiya... - müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…

Dünən, 11:59- Özünə villa tikdirən mərkəz sədri camaatın kanalizasiya xəttini zədələyib... - FOTO

Dünən, 11:22- Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Dünən, 10:43- Con Harkinsə qarşı daha bir İŞÇİ DAVASI... - Son sözü hakimlər deyəcək...

Dünən, 10:04- İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb - BU NƏDİ BELƏ?!

Dünən, 09:33- MSK sədrindən xahiş edirəm, Ülvi Quliyevin namizədliyini qeydə almasın – 17 saylı dairənin seçiciləri başqa deputat istəyirlər

Dünən, 09:05- "Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)

Haqqımızda Əlaqə

Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!!

Tarix:2-07-2024, 11:10

Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!! Son zamanlar Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib.Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz.
Bu günlərdə Mediatv.az-ın redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı müəyyən məlumatlar daxil olub. Daxil olan məlumatlarda qeyd olunur ki, həmin tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarından lazımi icazəverici sənədlər alınmayıb, tikinti işlərinin aparıldığı ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətləri keçir, hətta ərazinin "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən aparıldığı bildirilir. Daxil olan məlumatlarda o da bildirilir ki, inşaası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmur və belə bir səbəbdən də, ətraf ərazilərə xoşagəlməz səs-küy yayılır, ərazini toz-torpaq və s. ağuşuna alır. Bu da tikinti işlərinin aparıldığı əraziyə yaxın yerlərdə yaşayan sakinlərin, ərazidən ötüb–keçən piyadaların haqlı narazılığına səbəb olur.Bununla əlaqədar olaraq bir neçə aidiyyatı quruma rəsmi sorgu ilə müraciət etmişik.Sorgumuzdan 1 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ heç bir qurum sorgumuzu cavablandırmayıb.Görünür səlahiyyətli şəxslər tikinti aparan şəxsə "müəyyən şərtlər daxilində" tikinti aparmağa icazə verib.Əslində isə Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.Amma çox təəsüüflər olsun ki,Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri belə bir qanunsuz tikintiyə hələ də göz yumurlar..

Mediatv.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...