Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 14:30- UNEC-in müəllimi ilə biznesmen 800 minlik qalmaqallı mənzilə belə sahiblənib-VİDEO

Bu gün, 13:20- “Kristal Abşeron”da özbaşınalığın NÖVBƏTİSİ... - qarajın qiyməti qaldırıldı

Bu gün, 08:59- Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

29-06-2024, 16:24- Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

29-06-2024, 15:15- Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

29-06-2024, 14:26- Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

29-06-2024, 13:24- Rus dili müəllimləri də NARAZILIQ EDİR... - SƏN DEMƏ...

29-06-2024, 12:58- Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY

29-06-2024, 12:15- Zaur Mikayılov dövlət qurumunu ata mülkü kimi idarə edir -VİDEO

29-06-2024, 10:00- "Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

29-06-2024, 09:43- Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçdi – İş adamı Şeyxə qarşı – İDDİA

28-06-2024, 19:36- Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

28-06-2024, 19:10- 1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... – “ALATAVA-2 AVTONƏQLİYYAT”LA BAĞLI QALMAQAL BÖYÜYÜR

28-06-2024, 18:32- Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….

28-06-2024, 16:39- Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

28-06-2024, 16:12- Deputat Ağalar Vəliyevin şirkəti vətəndaşları etiraza sürükləyir -“Kristal Abşeron”dan ev alanlar təşkilatlandılar

28-06-2024, 15:44- MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı - Təcili

28-06-2024, 14:17- Onları 13 min manatadək cərimə gözləyir

28-06-2024, 13:43- Qarabağ Universitetində yeni təyinat - Foto

Haqqımızda Əlaqə

Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Tarix:28-06-2024, 16:39

Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL Ermənistan rəsmiləri yenə xoşməramlı açıqlamalar verir. Ancaq başlıca məsələnin həllindən həmişə yayınırlar.

Ölkə parlamentinin sədri Alen Simonyan bildirib ki, onlar Avropa İttifaqı dəyərlərini bölüşür və qurumun bir hissəsi olmaq istəyirlər: “Ona görə də Aİ-nin tam hüquqlu üzvü olmaq üçün bizə dəstək lazımdır”.

A.Simonyan daha sonra bildirib ki, bir neçə gün öncə parlamentdə Ermənistanın İttifaqa üzv olması haqqında referendumun keçirilməsi müzakirə olunub: “Fikrimcə, yaxın günlərdə belə bir referendum keçiriləcək və xalqımız ona “hə” cavabını verəcək”.

Çox paradoksal vəziyyət yaranıb. Ermənistan işğalçılığı özündə ehtiva edən əsas qanunu ilə Avropa İttifaqı ailəsinin üzvü olmaq üçün referendum keçirmək istəyir. Brüssel belə konstitusiyalı dövlətə öz qapılarını necə açacaq? Bu, beynəlxalq normaların pozulmasına Avropa İttifaqı göz yumacaq? Məsələn, Estoniyanı Latviyaya ərazi iddiası ilə bağlı konstitusiyası olsa idi, onu bu quruma qəbul etməzdilər. Bu məntiqlə Azərbaycan və Türkiyəyə ərazi iddiası əksini tapmış Ermənistan mövcud əsas qanunu ilə İttifaqın qapısında qala bilər.

Konstitusiyada islahatdan bəhs etməyən İrəvan rəsmilərinin verdikləri açıqlamalar daha çox boşboğazlığı xatırladır.

Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, onlar bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır: “Səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülh bərqərar etmək imkanımız var. İnanıram ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək”.

Bu açıqlama sadəcə olaraq gəlişi gözəl, reallıqda isə heç nəyə söykənməyən xəyallara oxşayır.

Ermənistan Təhlükəsizlik Şurasının sədri Ararat Mirzoyan isə bildirib ki, Azərbaycandan sülh sazişi ilə bağlı onuncu təkliflər paketini alıblar. O, sənəd üzərində işlədikləri qeyd edərək deyib: “Çox dinamik prosesdir. Hərdən irəliləyiş olur, hərdən olmur. Ancaq biz işləyirik”.

Sülhdən, təklifləri müzakirədən danışan Qriqoryan yenə də Azərbaycana ərazi iddiası hikkələrini gizlədə bilməyib. Bu günlərdə jurnalistlərlə brifinqdə Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham edib. Qeyd edib ki, Rusiyanın icazə verməsəydi heç 2020-ci ildə 44 günlük müharibə də olmazdı: "Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Qarabağı əlimizdən alıb, Azərbaycana qaytardı, sonra getdi - bütün reallıq budur. Mən iddia edirəm ki, Qarabağı Rusiya tutub. Rusiyanın icazəsi olmadan müharibə olmazdı”.
Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Bu açıqlama Ermənistanın Azərbaycana qarşı işğalçı istəyinin hələ də qaldığının göstəricisidir. Qriqoryan bununla həm də Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib. Öz işğalçı düşüncəsini isə Rusiyaya qarşı səsləndirdiyi fikirlərlə maskalamağa çalışıb. O da sirr deyil ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi müharibəsində Rusiya Nikol Paşinyan və Armen Qriqoryanın rəhbərlik etdikləri Ermənistan hərbi texnika, siyasi, təbliğat baxımından dəstək verib. Hətta İran ərazisindən keçməklə Ermənistana hərbi texnika belə ötürüb. Rusiyadakı erməni milyarderlər onda Ermənistana yardım üçün pul da toplayıblar. TŞ sədrinin zəif və gücsüz olub, müharibəni uduzduqlarını, Qarabağ və ətraf rayonları elə indi əleyhinə olduqları Rusiyanın yardımı ilə işğal etdiklərini etiraf etməyə iradəsi və gücü çatmır.

Belə iddialarla çıxış edən İrəvan rəsmilərinin açıqlamalar Ermənistan cəmiyyətin və beynəlxalq ictimaiyyətin diqqətini başlıca məsələdən yayındırmağa xidmət edir. Qriqoryanın anti-Rusiya xətt tərəfdarı olduğu sirr deyil. O bəhs etdiyimiz açıqlaması ilə həm sponsorlarına RF-yə qarşı sərt çıxış edən kimi göz soxur, həm də Azərbaycana qarşı ərazi iddia irəli sürür. Eyni zamanda Ermənistan cəmiyyətinə “biz müharibəni uduzmamaşıq, bizi Rusiya uduzdurub” ismarışını çatdırmaq onlara təsəlli verir. Bu isə onların yeni müharibəyə hazırlaşması ehtimalını istisna etmir.
Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Azərbaycan isə konkret olaraq sülhsevər təklifləri ilə çıxış edir. Xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: "Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

Ararat Mirzoyanın arzularla dolu çıxışı, Alen Simonyanın Avropa İttifaqına üzv olmaqla bağlı referendum keçirmək istəyi, Armen Qriqoryanın reallıqdan qaçmağa cəhd göstərən çıxışı bir daha sübut edir ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından qovulsa da rəsmi İrəvan sülh sazişi, sərhəd məsələsi və işğalçı istəklərdən imtina məsələsində nala-mıxa vurur.
Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

Baş nazir Nikol Paşinyan və onun komandasının başqa üzvləri “Qarabağ Azərbaycandır” deyir, ancaq onun dəstəsinin ən fəal üzvlərindən biri Qriqoryan “Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı” deməklə ərazi iddiası ilə çıxış edir. Ona görə də Ermənistan konstitusiyasında Azərbaycan ərazisinin ilhaqı və Türkiyə qarşı ərazi iddialarının çıxarılmasını aktuallaşdırır. Qriqoryan kimi işğalçı düşüncəli birisi Paşinyanı devirib hakimiyyətə gələrsə yenidən Azərbaycan torpaqlarını işğal etmək cəhdlərinin olmayacağına hüquqi təminat yoxdur. Çünki mövcud əsas qanunda Azərbaycan torpaqlarının ilhaqı var.
Paşinyan və dövlətin başqa rəsmilərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlamalar qanun deyil, heç bir hüquqi mahiyyət daşımır və əsas yoxdur. Odur ki, sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişi, ümumilikdə iki ölkə arasında normallaşma prosesi Ermənistanın işğalçı konstitusiyasının dəyişməsindən başlayır. Bu həm də onların Avropa İttifaqına üzv olmaq kimi arzusuna da yol aça bilər. Ona görə də ilk növbədə konstitusiya islahatı ilə bağlı referendum Ermənistanın nicatıdır.(Report)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...