Anons

Bu gün, 13:09- Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -Araşdırma

Bu gün, 12:23- Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Bu gün, 11:46- "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

Bu gün, 10:45- Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO

Bu gün, 10:14- “İzmir” restoranı rəhbərliyi qanunları heçə sayır: Sakinlər şikayətçidir-Video

Bu gün, 09:39- “Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma

12-07-2025, 16:49- Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

12-07-2025, 15:14- Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

12-07-2025, 14:44- Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12-07-2025, 13:24- Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

12-07-2025, 12:14- ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb

12-07-2025, 10:35- Xüsusi.tv saytı fəaliyyətə başladı

12-07-2025, 10:33- Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO

12-07-2025, 09:31- “Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR

11-07-2025, 18:40- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu

11-07-2025, 12:16- Yusif Yusibovun əməlləri ifşa olunur

11-07-2025, 11:47- Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

11-07-2025, 11:23- BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

11-07-2025, 10:43- Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

11-07-2025, 09:10- Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……

Haqqımızda Əlaqə

7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Tarix:3-07-2025, 16:32

7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində özbaşınalıq yaşanır. Məhbuslar və yaxınları anlamırlar ki, bura həbsxanadır, yoxsa rəis Mehman Əliyevin şəxsi “bazarı”. Redaksiyamıza məhbuslardan birinin daxil olduğu şikayət ərizəsində ilginc faktlar əksini tapıb.

Paytaxtın Xətai rayonunu ərazisində yerləşən həbsxana “Quantanama”nı xatırladır. Rəis Mehman Əliyevin işgəncə üsulları isə heç də “Quantanama” həbsxanasından geri qalmır. Hələ bir müddət öncə mediada da bununla bağlı məlumatlar yayılmışdı. Belə ki, Mehman Əliyev həbsxananın həyətində xüsusi güşə - “besedka” yaradıb. Bu güşədə hovuz da düzəltdirib. Məhbusları cəzalandırmaq üçün qış-yay demədən hovuza salır, özü isə “güşəsində” əyləşərək, ləzzətlə tamaşa edir.

Mehman Əliyev cəzaçəkmə müəssisini həm də “bazar” kimi işlədir. belə demək mümkünsə, “obyekt” satmaqla məşğuldur. Hansı məhbusun pulunu ödəyirsə, daha yaxşı otaqla təmin olunur, pulunu ödəməyənlər diskriminasiyaya və işgəncələrə məruz qalır. Hazırda həbsxananı pullu məhkumlar idarə edir. Mehman Əliyev isə “bazarkom” kimi kabinetində əyləşib, “yer haqqı” toplayır. M.Əliyevin yaratdığı qaydalara görə, müxtəlif ödənişlər var.

- Telefonla danışmaq üçün;
- İşləməmək üçün;
- Aşağı və yuxarı çarpayıda yatmağın ayrı-ayrı ödənişləri var;
- Yaxınlarla görüş üçün;
- Evdən göndərilən ərzağı almaq üçün və s;

Bu siyahı uzanır. Hər bir məhbus qanunvericiliklə nəzərdə tutulan haqqını yalnız Mehman Əliyevə pul ödəməklə ala bilər. Etiraz edənlər isə xüsusi metodlarla işgəncələrə məruz qalır.

İndiyə qədər 7 saylı cəzaçəmə müəssisəsi ilə bağlı mediada dəfələrlə şikayətlər yayımlanıb. Hətta daha öncə müəssisənin rəhbərliyi də dəyişdirilib. Lakin dəyişən heç nə yoxdur. Mehman Əliyev isə cəzaçəkmə müəssisəsini daha dəhşətli vəziyyətə salıb. Qeyd edək ki, cəzaçəkmə müəssisə rəisinin qanunsuz əməllərinə etiraz əlaməti olaraq ötən ilin noyabr ayında məhkumlar Nemət Dadaşov, cari ilin yanvar ayında Tural Nağıyev, fevralda isə Etibar İsmayılov intihar etmişlər.

Sual yaranır: Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün bunlardan xəbəri varmı? İndiyə qədər yayılan məlumatlara əsasən hansısa ölçü götürülübmü?

Həbsxanadakı acınacaqlı vəziyyət deməyə əsas verir ki, ya bütün bunlardan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinin xəbəri yoxdur, ya da rəis Mehman Əliyevi “himayə” edənlər var.(Fia.az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...