Anons

Bu gün, 13:09- Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -Araşdırma

Bu gün, 12:23- Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Bu gün, 11:46- "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

Bu gün, 10:45- Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO

Bu gün, 10:14- “İzmir” restoranı rəhbərliyi qanunları heçə sayır: Sakinlər şikayətçidir-Video

Bu gün, 09:39- “Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma

12-07-2025, 16:49- Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

12-07-2025, 15:14- Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

12-07-2025, 14:44- Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12-07-2025, 13:24- Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

12-07-2025, 12:14- ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb

12-07-2025, 10:35- Xüsusi.tv saytı fəaliyyətə başladı

12-07-2025, 10:33- Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO

12-07-2025, 09:31- “Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR

11-07-2025, 18:40- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu

11-07-2025, 12:16- Yusif Yusibovun əməlləri ifşa olunur

11-07-2025, 11:47- Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

11-07-2025, 11:23- BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

11-07-2025, 10:43- Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

11-07-2025, 09:10- Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……

Haqqımızda Əlaqə

Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Tarix:2-07-2025, 13:16

Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma Estetik həkim Dr.”Ella Hezenzade” qanunsuz fəaliyyəti aşkarlanıb.

Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Xalq xəbər verir ki,özünü sosial şəbəkələrdə estetik həkim kimi təqdim edən “dr.ella.hezenzade “estetikcerrahiyyə” barədə ilginc faktlar qeydə alınıb.

Ölkədə tibbi təhsili olmayan bir çox şəxslər öz çirkin əməllərini davam etdirməkdədir.

Hüquq-mühafizə orqanları ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etsə də, saxta həkimlərin sayı azalmır. Özəl klinikalarda müxtəlif estetik prosedurlar həyata keçirən, tibbi təhsili olmayan şəxslər fəaliyyətini gizli şəkildə davam etdriməkdədir.
Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Bakıda sosial hesablarda özünü “dr.Ella” həkim kimi təqdim edən Ellla Həsənzadə da bu kimi qanunsuz fəaliyyət göstərən həkimlərdəndir.
Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Sosial hesablarında, bütün estetik prosedurlar, çənə xəttin bərpası, lopasaksiy, Abdomanal plastika, Süni gelin bərpası, brefraplastika ,sinə kiçiltmə, bədən şəkilləndirmə ,otoplastika vi digər bütün estetik prosedurlar endirim adı həyata keçirməsi ilə bağlı və sosial hesabında bu kimi prosedurların görüntülərlə paylaşılması bir daha onu göstərir ki, Səhiyyə Nazirliyinin heç bir icazəsi, qərarı və tələbi gərəkmir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetogiyaya, сərrаhi müdaxiləlar istisna olmaqla (plastik сərrаhiууəуə aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu üsüllаrа inyeksion рrоsеdurlаr, müxtəlif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları və müalicəvi masaj üsulları, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrdə praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır.

Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Eyni zamanda bildirilib ki, lisenziyasız kosmetoloji və estetik fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji və tibbi preparatların istifadə olunması ilə bağlı məlumat verilib.

Araşdırmalarımız nəticəsində “estetik həkim” Dr. Ella Həsənzadə Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

İddialara görə, özünü “ Dr. Ella ” adı ilə həkim kimi təqdim edən Ella Həsənzadə tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Məsələ ilə bağlı “ Dr. Ella ” kimi təqdim edən Ella Həsənzadədən açıqlama almaq istəsək də telefon zənglərinə cavab verilmədi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki,Səhiyyə Nazirliyi Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib,və onların siyahısı rəsmi dərc olunub.

Araşdırmalarımız davam edir.(Xalq.online)
Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...