Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 13:02- BU NƏDİ BELƏ: AHİK-də 50 milyonluq korrupsiya... - müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…

Bu gün, 11:59- Özünə villa tikdirən mərkəz sədri camaatın kanalizasiya xəttini zədələyib... - FOTO

Bu gün, 11:22- Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Bu gün, 10:43- Con Harkinsə qarşı daha bir İŞÇİ DAVASI... - Son sözü hakimlər deyəcək...

Bu gün, 10:04- İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb - BU NƏDİ BELƏ?!

Bu gün, 09:33- MSK sədrindən xahiş edirəm, Ülvi Quliyevin namizədliyini qeydə almasın – 17 saylı dairənin seçiciləri başqa deputat istəyirlər

Bu gün, 09:05- "Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)

Dünən, 20:38- İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...

Dünən, 19:05- "Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma mərasimləri varsa, orada başda otururlar" - İki deputata BİR ŞİLLƏ...

Dünən, 17:01- "Pulsuz da versələr... “Kristal Abşeron”un binalarından ev almayın..." - ÇAĞIRIŞ

Dünən, 16:35- "Atlant" İstirahət Mərkəzində natəmizlik... - AXI NİYƏ?

Dünən, 15:58- “Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Dünən, 13:51- Ədəbiyyat Muzeyınin Kürdəmirdə 30 min manata icarəyə götürdüyü yer kimə məxsusdur? – Sevda Əmrahovaya, yoxsa…

Dünən, 13:19- Şafiq Heydərovla bağlı Zaur Mikayılova şikayət -İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb

Dünən, 12:45- Azərbaycan polisi 106 ildir səninlədir!

Dünən, 12:41- "AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Dünən, 11:51- “OMİD” ümidləri belə qırır -İLGİNC

Dünən, 11:02- Tanınmış şair-publisist, iş adamı Gülağa Tənha Rza Talıbov haqqında yeni şokedici açıqlamalar verdi

Dünən, 10:10- Xaçmaz meşələrində ekoloji terror, 100-ə yaxın ağac kəsildi – VİDEO

Haqqımızda Əlaqə

Hökumət seçkiqabağı niyə qiymət artımına getdi... - HƏQİQƏTƏN DƏ...

Tarix:1-07-2024, 10:12

Hökumət seçkiqabağı niyə qiymət artımına getdi... - HƏQİQƏTƏN DƏ... Hökumət seçkiqabağı əhalinin sosial güzəranına təsir edən qiymət artımına getdi. Əslində, benzin, dizel və ictimai nəqliyyatda bahalaşma gözlənilən idi. Xeyli zaman idi ki, iqtisadçılar proqnozlar səsləndirirdi. Lakin belə tez - özü də növbədənkənar parlament seçkilərinin vaxtı təyin olunduqdan iki gün sonra qiymətlərin qalxacağı hesablanmamışdı. Ancaq indisə iqtisadçılar daha yeni proqnozlar irəli sürürlər - yaxın aylarda kommunal xidmətlərin bahalaşması və gələn il manatın ucuzlaşması. Beləliklə, həyat bahalaşır, standartlar yüksəlir, orta təbəqə sürətlə mənfi saldoya düşür. Devalvasiya və ardınca pandemiya müsbət templə artan orta təbəqəni indi aradan qaldırıb mənfiyə aparır. Bu da sosial təbəqələşməni sürətləndirəcək. Dünənə qədər inflyasiya yox idi, qiymətlər münasib idi və əhali kredit, yaxud əlində yığdığı vəsaitlə ev tikir, mənzil alır, avtomobilə sahiblənir, yay-qış istirahət tətilləri qura bilirdi. Artıq o təbəqə bu bahalaşma fonunda xərcləri artdığı üçün gəlirlərini gündəlik tələbat mallarına ödəyə bilir və başqa heç nəyə imkanı çatmır. Bu da tədricən orta təbəqənin yoxsulluqdan bir qədər yuxarıdakı pillədə saxlayır. El dilində desək, indiki gəlirlər və şərtlərlə başını dolandıra bilərsən.
Anaxeber.info bildirir ki, burada quru sərhədlərin qapalı saxlanması, inhisarçılıq, süni qiymət artımı da ciddi rol oynayır. Habelə, kommunal ödənişlərdə limit tətbiqi, ərzaq məhsullarının üçqat bahalaşması vacib paya sahibdir. Bunun davamı olaraq iyulun 1-dən yanacağın və ictimai nəqliyyatda gediş haqlarının qiymətinin qaldırılması təbii ki, əhalinin cüzdanına təsir göstərəcək. Çünki təkcə bahalaşan yanacaq və nəqliyyat deyil. Dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzağın qiymətinə təsir edəcək. Həmçinin, xidmət sahələrində - restoran, otel, ət və ət məhsulları bazarları, həmçinin, digər sahələrdə bahalaşmanı hiss edəcəyik. Bu da inflyasiyanı artıracaq. Əslində, gediş haqlarının 50 qəpik müəyyən edilməsi böyük rəqəm də deyil. Sadəcə, əhalinin gəlirləri az olduğuna görə artan xərclər çatdırmağa imkan vermir. Əgər gəlirlərdə artım olsaydı, qiymətlərin qalxmasının böyük nəticəsi olmayacaqdı. Çünki pulun dəyərini itirdiyi vaxtda 50 qəpik ciddi vəsait deyil, amma əhalinin qazancını nəzərə alanda, o zaman qiymət artımı mənfi nəticələrini göstərməyə başlayır. Əgər gələn il dolların bahalaşması baş versə, o zaman Azərbaycan iqtisadiyyatı növbəti dəfə şok terapiyası yaşayacaq.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki,
Aİ92 və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur – neft ölkəsiyik, xammal xaricdən almırıq, yerli istehsalımız var, neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb, 80-85 dollar koridorunda sabitləşib.
Dəb olan “ekoloji problemlər” mövzusunu işin içinə qatıb qiymət artımına “qlamur” don geydirmək də doğru deyil – ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir. Ekspertij sözlərinə görə, bu gün elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil, son 3 ildə istehsal olunan avtomobillərə şamil edilir – yeni avtomobillər isə bahadır, vətəndaşın alım gücünə uyğun deyil.

Anaxeber.infoскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...