Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Rus dili müəllimləri də NARAZILIQ EDİR... - SƏN DEMƏ...

Tarix:29-06-2024, 13:24

Rus dili müəllimləri də NARAZILIQ EDİR... - SƏN DEMƏ... Azərbaycan dili bölməsində rus dili tədris edən onlarla müəllimin bu günlərdə ölkə üzrə keçirilən sertifikatlaşdırma imtahanalarından narazılıq etdiyi bildirilir.

Sosial şəbəkələrdə bu bölmə üzrə sertifikasiya imtahanlarına cəlb olunmuş müəllimlər prosesin qeyri-şəffaf keçməsindən narazılıq ediblər.

Onların sözlərinə görə, test imtahanlarına salınan suallar Azərbaycan dili bölməsində rus dili tədrisi üçün deyil, rus bölməsinə uyğun tərtib edilib.

Aralarında ingilis, fransız dili fənləri üzrə sualların daha asan olduğunu bildirənlər də var, sualların çətinliyinin həftədə bir dəfə rus dili tədris edən müəllimlərə qarşı ədalətsizlik adlandıranlar da, hətta bu fənnin Azərbaycan bölməsindən sıxışdırılması kimi dəyərləndirənlər də.

Azərbaycan bölməsində rus dili fənninin tədrisi üzrə sertifikasiya imtahanından keçid balı toplayan müəllimlərdən birinin (adının açıqlanmasını istəməyən) Meydan TV-yə bildirdiyinə görə, suallar məktəb proqramından kənar olub.

“Azərbaycan bölməsi üçün daha çox morfologiya tədris olunur. İmtahanda isə suallar daha çox sintaksis üzərindən idi. Akademik rus dili sualları salınmışdı. Verilən mətnlərin həcmi böyük idi. Ayrılan vaxt isə çox az idi. Bir sual üçün iki dəqiqə nəzərdə tutulduğu halda, belə mətnlərə 15 dəqiqə sərf etməli olduq. Belə mətnlərin sayı isə təxminən 7 idi. Mən repetitor kimi də fəaliyyət göstərdiyim üçün imtahandan uğurla keçdim. İmtahandan əsasən repetitor kimi işləyən və akademik rus dili biliyi olan müəllimlər keçdi”, – müəllim deyir.

“Biz Azərbaycan bölməsində rus dilini ikinci xarici dil kimi tədris edirik. İmtahanda düşən mövzuların 80 faizini məktəbdə uşaqlara keçmirik, çünki dərsliklərdə bu mövzular yoxdur. Nəyə görə imtahanda suallar rus bölməsinə uyğun tərtib edilmişdi və əksəriyyəti də çətin səviyyədə idi? Məqsəd nə idi? Riyaziyyat və ingilis dilindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin bir çoxu sualları heç 1 saat tamam olmamış yekunlaşdırmışdılar. Amma bugünkü (24 iyun nəzərdə tutulur) )imtahanda iştirak edən müəllimlərin, demək olar ki, hamısı son dəqiqəyə sualları yekunlaşdıra bilməmişdilər. Suallar dərsliklərdəki materiallara uyğun olaraq salınmamışdı. Mətnə aid tapşırıqlar bir çox müəllimin yarım saata qədər vaxtını aldı. Nəyə görə bizə qarşı ayrı-seçkilik edilir?”, – bunu isə Ağa Əli İslamzadə adlı müəllim sosial şəbəkədə yazıb.

Sosial şəbəkə üzərindən etiaz edən müəllimlər hüquqlarının bərpa olunmasını istəyirlər.

Onlar yenidən imtahan keçirilməsini, ya da onlara əlavə bal verilməsini tələb edirlər.

İmtahandan bal toplaya bilməyən Azərbaycan dili bölməsində rus dili tədris edən müəllimlərin ümumi sayı 1119 nəfərdir.

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 27-də “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirində çıxışı zamanı rus dili fənni üzrə kəsilən müəllimlərin xeyli sayda olduğunu deyib.

O əlavə edib ki, bununla bağlı elmi müqayisə aparılmayıb və bu, onların maraq dairəsində deyil.

Nazirin bu sözlərinin Azərbaycan dili bölməsində rus dili tədris edən müəllimlərin narazılığına səbəb olduğu bildirilir.

Azərbaycan dili bölməsində rus dili tədris edən müəllimlər bu gün, iyunun 28-də Elm və Təhsil Nazirliyi qarşısında toplaşaraq, etiraz edəcəkləri bildirilir.

2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər.

Proses ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.

Test imtahanlarında 23 448 müəllim iştirak edib.

İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...