Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

Tarix:29-06-2024, 14:26

Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY Srağagün Naxçıvanda əsən güclü külək elektrik xəttlərinin bir qismini sıradan çıxarıb. Bu xəttlərin bəzisi növbəti gün bərpa olunsa da, bir çoxunun təmiri gecikdirilir. Təmiri gecikdirilən xəttlər əsasən kənd ərazilərindədir. Belə kəndlərdən biri də Kəngərli rayon Şahtaxtı kəndidir. Kənd sakinlərinin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, iki gündür ki, işıqsız qalıblar.

Kənd sakini B.B. deyir ki, elektrik enerjisinin olmaması bir çox problemlərin yaranmasına səbəb olub:
“Güclü küləkdən sonra kəndin bir çox hissəsində elektrik xəttləri sıradan çıxmışdı. Dünən gəlib bir hissəsini düzəldib, getdilər. Bizim məhəllə isə, necədirsə, elə də qaldı. Aidiyyatı qurumlara dəfələrlə müraciət etsək də xeyri olmayıb. Hazırda Naxçıvanda 35 dərəcə istidir. Kondinsonersiz evdə oturmaq mümkün deyil. İşığın olmaması bundan əlavə bir çox məişət problemləri yaradır. Biz indi hansı əsrdə yaşayırıq ki, küləyə görə 2-3 gün, bəlkə də daha çox işıqız qalaq?”
Kənd sakinləri deyirlər ki, „Gavur qalası“ adlanan ərazinin yaxınlığında yerləşən bu məhəllə tez-tez bu problemlə üzləşir:
“Bizim məhəllənin elektrik xəttləri kökündən təmir olunmalıdır. Azacıq külək əsən kimi, sıradan çıxır. Başqa məhəllələrdə belə deyil. Buna bir əncam çəkilməlidir”.
Sakinlər bildirirlər ki, problemlə bağlı Energetika Nazirliyinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Gündəlik Naxçıvan

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...