Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Yəqin ki, tam əksəriyyət ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsində çalışan, Harvard Universitetində ali təhsil alıb, bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuran, Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçən İsayev Ramin Əli oğlunun həbs olunması ilə bağlı müəyyən məlumatlara malikdir. Unutmaq olmaz ki, Ramin İsayev heç də sıradan bir şəxs deyil və onun həbs olunmasının heç bir hüquqi əsası yoxdur. Artıq yeddinci aydır ki, bu şəxs qanunsuz olaraq həbsdə saxlanır və barəsində qaldırılan cinayət işi ilə bağlı irəli sürülən itihamlar öz təsdiqini tapmır. Hətta, Ramin İsayev günahsız olduğunu faktlarla, əsaslı sübutlarla ortaya qoymağa da çalışır. Qeyd edək ki, bu şəxs neft sənayesi üzrə peşəkar mütəxəssisdir və əgər bu şəxsin potensialından lazımi səviyyədə istifadə olunarsa, o halda dövlətimiz və xalqımız onun bilik və bacarığından daha çox faydalana bilər. Çünki, Ramin İsayev xalqını sevən, dövlətinə bağlı olan bir şəxsdir. Onu da qeyd edək ki, SOCAR AQŞ-nin sabiq baş direktorunun həbsdə saxlanması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, bütövlükdə dövlətimizin və xalqımızın maraqlarına vurulan zərbədən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, bu şəxsin həbs olunması ilə bağlı sifarişi verən maraqlı qüvvələr, hələ də onun həbsdə saxlanması üçün “dəridən-qabıqdan” çıxmaqda davam edirlər. İnanırıq ki, gün gələcək, haqq-ədalət öz yerini tapacaq və o halda bu şəxsin günahsız olduğu sübuta yetiriləcək. İndi isə, bu şəxsin tərcümeyi-halı, həyat və fəaliyyəti və s. haqda məlumatları geniş ictimaiyyətin diqqətinə təqdim edirik: