Anons

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Haqqımızda Əlaqə

Şahin Bağırov da BACARMADI... - Seçkidən sonra o da GEDƏCƏK...

Tarix:31-01-2024, 17:32

Şahin Bağırov da BACARMADI... - Seçkidən sonra o da GEDƏCƏK... Azərbaycanda zaman-zaman müəyyən sahələr üzrə qurumların rəhbərliyində dəyişiklik olanda cəmiyyətdə həmin sahədə hansısa yeniliklərin, vətəndaşların xeyrinə qərarların olacağına ümidlər yaranır. Lakin təəssüf ki, bu ümidlər əksər hallarda doğrulmur.

Yeni gələn rəhbər köhnənin, necə deyərlər, atasına rəhmət oxutmaqla məşhurlaşır. Belə təyinatlardan biri də Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovdur. Ş.Bağırov Prezident İlham Əliyevin 14 fevral 2023-cü il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib. O, bu vəzifədə Səfər Mehdiyevi əvəzləyib. S.Mehdiyev 2022-ci ilin iyun ayında vəzifəsindən azad edildikdən sonra Ş.Bağırov komitə sədrinin birinci müavini vəzifəsinə gətirilib və 2023-cü ilin 14 fevralınadək komitə sədrinin səlahiyyətlərini icra edib. Ötən il fevralın 3-də ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

Maraqlıdır ki, bu, Dövlət Gömrük Komitəsində Ş.Bağırovun ikinci təyinatıdır. Belə ki, Ş.Bağırov 2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunsa da, Prezident İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib. O, yenidən DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Bəs Ş.Bağırov DGK-ya sədr təyin olunduqdan sonra nə dəyişib?

Bu günlərdə iqtisadçı ekspert Natiq Cəfərli DGK-nın statistikasındakı problem haqda ictimaiyyətə məlumat açıqladı. İqtisadçının ictimailəşdirdiyi rəqəmlərdən aydın olurdu ki, Gürcüstan və Azərbaycan arasındakı ticarət dövriyyəsi ilə bağlı iki ölkənin gömrük statistikasında açıqlanan rəqəmləri müqayisə etdikdə təxminən 1 milyardlıq fərq yaranır. Gömrük Komitəsi bununla bağlı açıqlama yayaraq fərqin metodologiyaya görə yarandığını bəyan etdi.

“Dövlət Gömrük Komitəsinin sosial şəbəkələrdə yayılan məlumatlara, o cümlədən mənim paylaşdığım statistika ilə bağlı məsələyə reaksiya verməsi özlüyündə müsbət haldır”. Bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, komitə qeyd edilən fərqi metodologiya ilə izah etsə də, bir çox ölkələrlə qarşılıqlı ticarət dövriyyəsinin statistikası ilə bağlı belə fərqlər var: “Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan ticarət dövriyyəsində fərqlər var. O hansı metodologiyadır ki, biz istifadə edirik, bu ölkələr etmir? Bununla bağlı təəssüf ki, geniş izahat vermədilər”.

N.Cəfərli qeyd etdi ki, Azərbaycanda iş adamlarının ən çox narazılıq etdiyi qurum Dövlət Gömrük Komitəsidir: “Yeni rəhbərlik nələrisə dəyişmək istəyir. Məsələn, gömrükdə rəsmiləşdirilmə işləri xeyli artıb. Amma gömrüyün görəcəyi işlər var, bir də gömrüyün məcburən atdığı addımlar var. Məsələn, Gömrük Komitəsinin bəzi məsul şəxsləri görüşlərdə bildirirlər ki, bizlik bir şey yoxdur, qanunlar necə qəbul edilirsə, biz onu elə yerinə yetiririk. Burda müəyyən qədər haqlıdırlar, çünki rüsumların təyin olunması, qanunvericilik baza onlardan asılı deyil, parlament qəbul edir, Gömrük sadəcə icraçıdır. Amma Dövlət Gömrük Komitəsi özü də zaman-zaman təkliflərlə çıxış edir və bu zaman vətəndaşların xeyrinə yox, onları məhdudlaşdırıcı təkliflər edir. Məsələn, bir neçə il əvvəl ölkəyə şəxsi istifadə üçün gətirilən məhsulların dəyərinin 1000 dollardan 300 dollara endirilməsini Gömrük Komitəsi təklif etmişdi. Bu, yanlışdır. Gömrüyün fəlsəfəsi daxili istehsalçını qorumaqdır, büdcəyə daha çox pul yığmaq deyil. Bizdə daxili istehsalda nə yoxdursa, Gömrük Komitəsi təşəbbüslə çıxış edə bilər ki, orada rüsumlar azaldılsın. Məsələn, dərman preparatları ilə bağlı, uşaq yeməkləri ilə bağlı Komitə birbaşa olmasa da, Nazirlər Kabinetinə çıxa bilər ki, bu istiqamətdə rüsumların azaldılmasına ehtiyac var. Amma biz nədənsə dövlət qurumlarından, xüsusilə də Dövlət Gömrük Komitəsindən vətəndaşların xeyrinə təşəbbüslər görmürük, həmişə bütün təşəbbüslər vətəndaşların ziyanına olur”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...