Anons

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

Haqqımızda Əlaqə

“Zəhər Mamed” camaatın gününü ZƏHƏRƏ DÖNDƏRİB... - NARAZILIQ VAR...

Tarix:10-12-2024, 16:22

“Zəhər Mamed” camaatın gününü ZƏHƏRƏ DÖNDƏRİB... - NARAZILIQ VAR... 2018-ci ilin iyunun 7-dən vəzifədə olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonu rəsmən işğal edib.

Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən rayon sakinləri danışıb.

Onların sözlərinə görə, əvvəllər biznesmen olan Məmməd Məmmədov kənd təsərrüfatında istifadə edilən gübrələrin, dərman preparatlarının satışını həyata keçirən şirkətin rəhbəri olub. Elə ona görə də el arasında “Zəhər Mamed” adını alıb.

Məmmədov icra başçısı kimi fəaliyyətə başlayan gündən rəhbərlik etdiyi və nəzarətində olan şirkətlər vasitəsilə Tovuzun min hektarlarla əkinə yararlı torpaqlarını ələ keçirib.

“Tovuzun ən böyük su rezervuarı olan və yaxın illərdə istifadəyə verilən Yuxarı Öysüzlü və Qazıqulu kəndlərinin ərazisində yerləşən dəryaçadan 2 1000 diametrlik boru qeyri-qanuni şəkildə Məmməd Məmmədovun əkin sahələrini suvarmaq üçün ayrılıb. Son illərdə içməli su qıtlığından əziyyət çəkən rayonların siyahısına Tovuz da daxil olub. Bütün yayı Tovuz əhalisi su qıtlığından əziyyət çəksə də, başçısının əkin sahələri susuz qalmır. Çünki rayonun su mənbələri başçının tarlalarına axıdılır”, - sakinlər vurğulayıb.

Qeyd edilir ki, Azərbaycanın ən böyük və ən potensiallı rayonlarından biri olmasına baxmayaraq, Tovuz bu gün problemləri ilə dolu olan rayonlardan birinə çevrilib:

“Məmməd Məmmədov vəzifədə olduğu 6 il yarım ərzində rayon üçün heç bir iş görməyib. Rayonda işsizlik baş alıb gedir, küçələr bərbaddır. İcra Hakimiyyətinə müraciət etməyin də mənası yoxdur, edilən müraciətlər demək olar, cavabsız qalır. Üz üz tutacağımız ünvan yoxdur.

Rayonda sahibkarlıqla məşğul olmaq da müşkülə çevrilib. Əkinlə məşğul olan, fermer təsərrüfatı yaratmaq, biznes qurmaq istəyənlər mütləq başçının qılıncının altından keçməlidilər. Orta və böyük sahibkarlar qazandıqları puldan başçıya ənam verirlər. Olmasa, heç kim nə taxıl əkə, nə üzüm bağı sala, nə da başqa iş görə bilər”.

Sakinlər bildirib ki, Tovuzun turizm üçün ən əlverişli obyektləri də M.Məmmədov və adamları tərəfindən rəsmən işğal olunub. Əksər turizm obyektləri Məmmədov və adamlarına məxsusdur:

“Misal üçün, rayonun Kirən kəndində sovet dövründə fəaliyyət göstərmiş yay pioner düşərgəsi də icra başçısının şəxsi obyektinə çevrilib. Məmmədov düşərgəni ələ keçirərək, şəxsi əmlakı kimi istifadə edir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...